Əlaqə Arxiv
news Image
2013.11.26
14:34
| A A A
Əqli və fiziki cəhətdən qüsurlu insanlara dəstək məqsədilə sərgi keçirildi

Hər kəsin bir alın yazısı, hərənin bir ömür payı var. Kimisi alın yazısından razılıq edir, kimisisi isə həyatın verdiklərindən daha çoxuna sahib olmaq istəyir. Həyat isə o qədər amansızdır ki, bir anın içində sahib olduqlarını itirməkdən sığortalanmamısan. Odur ki, Şükr etməyi bacarmaq lazımdır.

Həyatda elə insanlar var ki, fiziki qüsurla dünyaya göz açıblar, bəzilərinin əqli problemləri var, birinin əli, digərinin ayağı şikəstdir. Ancaq onlar arasında da həyata inamla bağlanan, bu amansız həyat mücadiləsində vuruşub yaşam savaşı verənər var.

Bəzən cəmiyyətimiz əqli fiziki cəhətdən qüsurlu insanları sanki bu cəmiyyətin bir qolu hesab etmirlər, onlarla ünsiyyətdən uzaq olurlar. Bütün bunlar onsuzda problemlərlə dolu, fizili əqli cəhətdən qüsurlu insanların mənəvi dünyalarına bir daha zərbə vurmuş olur. Belə isanlara dəstək olmaq, onların problemləri ilə maraqlanmaq, mənən olsa onların yanında olmaq hər bir vətəndaşın vicdan borcu sayılır.

Bu günlərdə maraqlı bir sərgi təşkil olundu. Sərginin keçirməkdə məqsəd əqli fiziki cəhətdən qüsurlu olan insanlara, xüsusilə uşaqlara dəstək olmaq, onların mənəvi maddi ehtiyaclarını təmin etmək məqsədi daşıyırdı. Sərgini 4 qadın bir araya gələrək təşkil etmişdi. Mərasimdə həm əlil bir xanımın, həm xanım rəəsamlardan birinin əl işləri nümayiş edilirdi. Əqli Fiziki cəhətdən qüsurlu uşaqlara dəstək məqsədilə təşkil edilən sərgidə əsərlər satışa çıxarılmışdı. Satılan əsərlərdən əldə olunan gəlirin 50 faizi isə problemi olan uşaqların müalicəsi, ehitaycların müəyyən hissəsinin təmin olunmasına xərcələnmək məqsədi daşıyırdı. Sərgiəyə adamları, sadə insanlarla yanaşı media nümayəndələrə, sənətçilər, müğənnilər dəvət olunmuşdu. Tədbirin aparıcılıq missiyası jurnalist Tahirə Məmmədqızının üzərinə düşmüşdü.

Əqli fiziki cəhətdən problemi olan uşaqlara əstək məqsədilə keçirilən tədbirdə müğənnilərdən Roza Zərgərli Zaur Əmiraslanov xüsusilə seçilirdilər. Onlar da belə təbdirlərin keçirilməsinin vacibliyini vurğuladılar.

Tədbirdə qonaqlara problemi olan uşaqlarla bağlı mini film nümayiş edildi. Uşaqlara bu günə qədər aparılan yardımlar barədə məlumat verildi.

Xeyriyyə Tədbirində sona qədər iştirak edən Zaur Əmiraslanov bu xəstə uşaqların bəzilərinin vəziyyəti ilə daha yaxından tanış olaraq onlara kömək edəcəyini bildirdi.


 

Sizin Reklam Yeriniz