Əlaqə Arxiv
news Image
2013.11.26
20:24
| A A A
Bakıda beynəlxalq QHT forumu keçiriləcək

Forumda 150-dən artıq beynəlxalq QHT və Azərbaycan Xalçaçılar Birliyi və Musiqi Dünyası İctimai Birliyinin nümayəndələri iştirak edəcək

Bakıda beynəlxalq QHT forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin saytında verilən məlumata görə, 2-8 dekabr tarixində keçiriləcək YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çərçivəsində qeyri-maddi mədəni irsin qorunması üzrə ilk beynəlxalq QHT forumu təşkil olunacaq. 


Forumda 150-dən artıq beynəlxalq QHT və Azərbaycan tərəfindən Azərbaycan Xalçaçılar Birliyi və Musiqi Dünyası İctimai Birliyinin nümayəndələri iştirak edəcək. Forum qeyri-maddi mədəni irsin qorunmasında iştirakçı dövlətlərlə yanaşı qeyri-dövlət təşkilatlarının rolunun aktivləşdirilməsi və onların beynəlxalq əməkdaşlığa töhfə vermələri baxımından müstəsna əhəmiyyət daşıyır.

Sizin Reklam Yeriniz