Serialların daha çox tamaşaçı auditoriyası toplaması üçün Qərbdə, həmçinin, Türkiyə və başqa ölkələrdə onların müxtəlif formada piar kampaniyalarına xüsusi diqqət yterilir. Məsələn, serial kollektivi baş qəhrəmanların iştirakı ilə ictimai görüşlər keçirirlər, müxtəlif xarici səfərlər edirlər. Belə görüşlərdə birbaşa serialların piar kampaniyaları aparılır və bu məsələdə medianın dəstəyindən də geniş istifadə olunur. Ölkəmizdə isə hələlik analoji təcrübəyə müraciət olunmur.
Bir sıra uğurlu
serialların rejissoru Rövşən İsax Mövqe.az-a açıqlamasındabuxüsusdabildirir:
"Mən şəxsən bunu etməmişəm. Ancaq razıyam ki, xarici
səfərlərə serial kollektivi ilə birgə getmək, ictimai yerlərdə baş
rol ifaçıları ilə görüşlər təşkil etmək serialın tanıtımına yaxşı
təsir edən piardır. Mən birinci serialı çəkəndə təzə barmağmızı
bala batırırdıq ki, görək dadı necə olur. "Pərvanələrin rəqsi"
serialımızın piarı normal oldu. Ancaq ikinci serialımız "Sonuncu
fəsil"in piarını edə bilmədim. Tam səmimiyyətimlə deyirəm ki,
heç bir şeyə imkan olmadı. Çünki gözüm əməliyyat olunmuşdu.
Birinci seriya efirə çıxmamışdan 15 gün öncə çəkilişə başladıq, heç
nəyə vaxt olmadı.
Ancaq böyük ehtimalla deyə bilərəm ki, bu mövsümdə rəqabət güclənir və siz dediyiniz məsələ də mütləq olacaq. Çünki seriallar çoxaldıqca hər kəs bir faiz reytinqin belə qədrini bilməyə çalışacaq. Proseslər belə davam etdikcə, incə nüanslar nəzərə alınmağa başlayacaq. Mən bu il bu qənaətə gəldim. Mən şəxsən özüm planlaşdırıram ki, serialımın tanıtımı üçün qarmaqları hər yerə atım və atacam da... Mətbuat konfransı keçirməyi düşünürəm. Mən özüm 10 il reklam işi ilə məşğul olmuşam. Reklamın mahiyyətini, təsir gücünü çox yaxşı bilirəm".
Azərbaycanda çəkilən bir neçə serialda rol alan "İrəvan" teatrının aktrisası Ruhiyyə Yusifova isə bildirir: "Bilirsinizmi, bu gün Azərbaycanda serial çəkimi yeni başlayıb. Artıq ikinci mövsümdür ki, davam edən serial çəkimi uğurla addımlayır. Sadəcə, düzgün piar kampaniyasının aparılmaması nəticəsində elə seriallar var ki, çox maraqlı olsa da az baxılır. Bəli, çox düz buyurursunuz ki, müxtəlif xarici ölkələrdə bir çox serialların tanıtımı və baxılması üçün universitetlərdə, ictimai yerlərdə həmin serialın baş rol ifaçıları və rejissoru tamaşaçılarla görüşürlər. Və ya xarici səfərlərə kollektiv şəkildə gedirlər. Bu da reytinqdə qalib gəlməsi üçün serialın sonrakı dönəmində öz faydasını lazimi şəkildə göstərə bilir. Bizdə düşünürəm ki, hələ aktyorlara lazımı qaydada məvacib verilmədiyini nəzərə alsaq, bu kimi piardan danışmağa dəyməz. Maddi sıxıntılarımızla və çatışmazlıqlarımızla əlaqədar olaraq bizm seriallar öz tanıtımını yaxşı qura bilmirlər".