Əlaqə Arxiv
news Image
2013.12.03
16:12
| A A A
Qarabağ atları üzərində çövkən oyunu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb

Qarabağ atları üzərində çövkən oyunu Azərbaycanın müraciəti əsasında UNESCO-nun təcili qorunmaya möhtac qeyri-maddi mədəni irs siyahısına salınıb.

Məlumata görə, qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı qəbul olunub.

 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qərarın qəbulu ilə əlaqədar komitə üzvlərinə təşəkkür edib: "Ümid edirik ki, bu qərar beynəlxalq ictimaiyyətin bu oyuna marağını artıracaq, oyunun praktikasını davam etdirməyə və onu gələcək nəsillərə ötürməyə imkan verəcək". 

(APA)

Sizin Reklam Yeriniz