Əlaqə Arxiv
news Image
2014.02.03
13:19
| A A A
Türkiyənin tanınmış opera ifaçısı ölməz sənətkarın mahnılarından albom hazırlayır

Azərbaycanda fəaliyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün dünya şöhrətli ölməz sənətkar Rəşid Behbudovun mahnılarından ibarət albom hazırlayır.

Movqe.az - ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlanan albomda Rəşid Behbudovun lentə aldığı mahnılar yer alacaqdır.

O.Ergün ki vurğulayıb ki, albom yaxın günlərdə tamaşaçılara təqdim ediləcəkdir. Hazırda albomu türkiyəli bəstəkar Uğraş Durmuş ilə birgə Azərbaycan Dövlət Filarmoniyasında lentə aldığını söyləyən O.Ergün Bakıda olmağından məmnunluğunu dilə gətirərək pərəstişkarlarından xeyli məktublar aldığını diqqətə çatdırıb. Onu da deyək ki, albomdə 12 mahnı yer alacaq. Bütün mahnılarda akustik instrumentlərdən istifadə olunub. Klassik janrda olacaq albomun mahnılarında yalnız canlı instrumantlardan istifadə olunub.

Oya xanım albomun ərsəyə gəlməsində ona olan dəstəyə görə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkuna minnətdarlığını bildirib.

Tanınmış opera ifaçısı vurğulayıb ki, Rəşid Behbudovun mahnılarından ibarət musiqi albomunu hazırlamaq onun uşaqlıq arzularından biridir.

"Mən hər zaman Rəşid Behbudovun heyranı olmuşam. Belə səs yoxdur. Allah onu rəhmət eləsin möhtəşəm bir sənətkar olub. Belə bir musiqi albomunun işıq üzü görməsi mənim arzularımdan biridir. Bu arzumun gerçəkləşəcəyi üçün çox sevincliyəm. Hisslərimi sözlə ifadə edə bilmirəm. Bu iş böyük məsuliyyət tələb edir. Ümidvaram ki, Rəşid Behbudovun heyranı olan musiqisevərlər bizim hazırladığımız albomdan çox məmnun qalacaqlar. Mən hazırda mahnıları lentə aldığım Azərbaycan Dövlət Filarmoniyasın işçilərinə öz təşəkkürlərimi bildirirəm".

Müğənni musiqi albomunun Azərbaycan və Türkiyədə geniş təqdimatını keçirtməyi planlaşdırır.

Sizin Reklam Yeriniz