Əlaqə Arxiv
news Image
2012.06.18
18:04
| A A A
İrlandiyanın Eurovision qalibləri bir layihədə görüşəcək
Movqe.Az  Eurovision.az saytına istinadən xəbər verir kiİrlandiyanın Eurovision Mahnı Müsabiqəsindəki qalibləri maraqlı layihə həyata keçirəcək. 1970, 1980, 1987, 1992, 1993 və 1994-cü illərdə Eurovision səhnəsində ölkəyə birincilik gətirən Dana, "Mister Eurovision" ləqəbli Johnny Logan, Niamh Kavanagh, Linda Martin, Charlie McGettigan və Paul Harrington qalib mahnıları ilə ilk dəfə eyni layihədə bir araya gələcəklər. Qaliblər ilk turlarının tarixini və yerini də müəyyənləşdiriblər. Onlar oktyabrın 22-də İrlandiyanın məşhur mədəniyyət ocaqlarından sayılan "Cork Opera House"da olacaqlar.

Xatırladaq ki, İrlandiya Eurovision Mahnı Müsabiqəsi səhnəsində əldə etdiyi qələbələrin sayına görə bu layihədə rekorda imza atıb. Ölkə Avropanın ən nüfuzlu televiziya şousunda 7 dəfə birinci olub.

Sizin Reklam Yeriniz