Əlaqə Arxiv
news Image
2014.05.06
11:30
| A A A
"Məşhurlar da məqalə yazmışlar"

"Məşhurlar da məqalə yazmışlar" rubrikasında Azərbaycan Respublikasının əməkdar artisti, əslən Masallı rayonunun Bədəlan kəndindən olan Baloğlan Əşrəfovdur. 


30 APREL 1970-cı il tarixində Masallı rayonunda çıxan "Çağırış" qəzetində, 4-cü səhifədə yazır:


"MƏKTƏB  XƏBƏRLƏRİ.

 

      Bədəlan  kənd  orta  məktəbinin  pioner  və  komsomolçuları  əlamətdar  bayramı  əlidolu  qarşılayırlar.  Onlar  dünənədək  səkkiz  ton  metal  qırıntısı  toplamış  və  məktəbin  həyətində  600  ədəd  ağac  əkmişlər.  Bu  işlərin  görülməsində  məktəbin  onuncu  və  səkkizinci  sinif  şagirdləri   fəallıq   göstərmişlər.

       Baloğlan  Əşrəfov,  Bədəlan  kənd  orta  məktəbinin  laborantı."





Qeyd edək ki, 

Baloğlan Xanoğlan oğlu Əşrəfov   12 aprel   1951 - ci ildə doğulmuşdur, Azərbaycan  müğənnisi, Azərbaycanın əməkdar artistidir( 2007 ).


1982 -ci ildə "İstedadlar axtarırıq" konsert müsabiqəsinin laureatı adına layiq görülmüşdür.


  1968 -ci ildə həmin kənddə, Bədəlan kənd  orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu da bitirmişdir.

1978 -ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləmişdir. 1971 -ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.

1974 -cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən  Şövkət Ələkbərova  təqdim edib.

İslam Rzayevin  ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar etmişdir.

1989 -cu ildə yaratdığı "Şəhriyar" (AzKonsertin nəzdində) ansamblı ilə  Bakın ın bütün böyük konsert salonlarında konsertlər verib.

Dünyanın bir sıra ölkələrində -  Türkiyə ,  İraq ,  Almaniya  və  MDB -nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib.  İraqda  Babilistan festivalında Azərbaycanı tərənnüm edib.

"Səsi quran sədasıdır" kitabında bütün böyük sənətkarlar öz müsbət rəylərini vermişlər. "Yuxuma gəl", "Anam mənim", "Günayım", "Tanrıdan diləyim ol" və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib.

Bəli, bu, masalılı məşhurun ya birinci, ya da ki, sonuncu məqaləsidir, bilmirik.Bircə onu bilirik ki, bir vaxtlar   "Baloğlan  Əşrəfov,  Bədəlan  kənd  orta  məktəbinin  laborantı." yazılmıış, saralıb - solmuş həmin qəzet səhifəsi bir dənədir, amma, onun haqqinda yüzlərlə məqalələr çap edilmişdir, indi də edilir...


Sizin Reklam Yeriniz