Əlaqə Arxiv
news Image
2014.05.29
11:29
| A A A
Baba Vəziroğlu ömrünün 60-cı baharını belə qeyd etdi - fotolar

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun 60 illik yubileyi doğulub boya başa çatdığı İsmayıllı rayonunda qeyd edilib. Mövqe.az xəbər verir ki, iki gün davam edən yubiley tədbiri öncə Mollaisaqlı kəndində təşkil edilib və 800-dən çox kənd çamaatı və yubliyarn yaxın dostları bu məclisdə iştirak edib. Növbəti gün rayon icra başçısının təşəbbüsü ilə Gənclər Sarayında təntənəli gecə keçirilib. İctimai Televiziyanın aparıcısı Mirsaleh Bağırovun təqdimatında səhnəyə buyuran ədibi ilk öncə icra başçısı Mirdaməd Sadıqov təbrik edib. Daha sonra ziyalıların çıxışı dinlənilib, eyni zamanda Baba Vəziroğlunun sözlərinə yazılan mahnılar səsləndirilib.

Xalq artisti Mübariz Tağıyev yaxın dostu haqqında danışıb, həm də sözlərinə oxuduğu nəğmələrdən bir neçəsini səsləndirib. Gecədə xalq artisti Faiq Ağayev, müğənnilər Lətifə Soyuöz, Elnur Məmmədov, Yaşar Cəlilov, Samir Dərgah, meyxanaçı Namiq Məna və başqalarının ifaları dinlənilib.

B.Vəziroğlunun gecəsində millət vəkilləri Novruz Aslan, Ərəsdun Cavadov, Elman Məmmədov, Çingiz Qənizadə, şair Musa Yaqub, rejissor Şeyx Əbdül Mahmudbəyov və bir çox tanınmış ziyalılar və dövlət nümayəndələri iştirak ediblər.




Sizin Reklam Yeriniz