Əlaqə Arxiv
news Image
2014.06.05
11:30
| A A A
Novruz Novruzovun “Vətəni qoruyan oğullar (Masallı şəhidləri)” kitabı haqda fikirlər

Novruz Novruzovun "Vətəni qoruyan oğullar (Masallı şəhidləri)" kitabı Vətən haqqında duyğulardan, mübariz, qəhrəman həmyerlilərimiz haqqindadır. Bu,  Novruz  müəllimin  sağlığında şəhidlərə   həsr  etdiyi  ikinci  kitabıdır

 Bu kitab Bakının "Əbilov   və  Zeynalov"  nəşriyyatında çap edilmişdir.

 

 

 

Lap bəri başdan söyləyim ki, tanınmış Masallılı ziyalı Novruz Novruzovu amansız ölüm vaxtsız apardı. Boradigahda müəllim işləsə də o, əsl ictimai xadim idi.Məqalələr çap etdirirdi, kitablar yazırdı. "Vətəni qoruyan oğullar (Masallı şəhidləri)" həmin kitablardan biridir.Yazar dostumun ömür gündəliyinə, yaradıcılığına bir daha nəzər salanda həmin kitabı Sizlərə də təqdim etmək ürəyimdən keçdi. Kitabı vərəqlərkən Azərbaycan  Respubilkası  Prezdentinin  fərmanı  ilə  təltif  olunmuş  Masallı  qəhrəmanlarının  siyahısını gördüm:

 

 

 

1.  Səfəralı  Qurban  oğlu   Məmmədov

2.  Elşad  Eynulla  oğlu   Hüseynov

3.  Elşad  Saday  oğlu  Əhədov

4.  Elşad   Aşur  oğlu  Ağayev

5.  Maqsud  Həsən  oğlu  Əhədov

6.  Ədalət  Hidayət  oğlu  Vəliyev

7.  Simran  Siyab  oğlu  Rzayev

8.  Fuad  Sərhət  oğlu  Həsənov

 

 

Əlbəttə, Novruz Novruzov "Vətəni qoruyan oğullar (Masallı şəhidləri)" kitabında təkcə adını sadaladığı bu qəhrəmanlarla kifayətlənməyib – Azərbaycanın Qarabağ torpaqlarında şəhid olmuş hər bir masallılı haqqında ayrıca söhbət açmış, oxucuya çatdırmışdır.

 Novruz Novruzovun "Vətəni qoruyan oğullar (Masallı şəhidləri)" kitabının ön səhifələrində oxuyuruq: 

 

"Nakam  qardaşım  Firdovsinin  və  19  yaşı  tamam  olmamış  dünyasını  dəyişən  bacım  Reyhanənin  

 əziz  xatirəsinə  ithaf  edirəm."

 

  "MÜƏLLİFDƏN" qeydlərində oxuyuruq ki, respubilkamızın  cənubunda  yerləşən  Masallı  rayonu  Azərbaycanın  ən  səfalı  və  füsunkar  guşəsidir.  Planetimizdə  olan  on  bir  iqlim  qurşağının  9-na  Masallı  torpağı  bürünmüşdür.  sahəsi  əsasən  ovalıq,  qismən  dağlıqdır.  Gündoğanda  onun  ətəklərini  Xəzərin  mavi  suları  yuyur.  Günbatanda  rayon  öz  kürəklərini   Talış  sıra  dağlarına  söykəyir.  Qalası,    Yanardağı,  İstisuyu,  nadir  ağaclarla  zəngin  meşələri,  mineral  bulaqları  var  Masallının.

     

Masallı   torpağı  çox  qədim  tarixə  malikdir.  Aparılan  arxeoloji  tədqiqatlar  və  yazılı  mənbələr  göstərir  ki,  Masallının  ərazisində  qədim  insanlar  15-20  min  il   bundan  əvvəl  yaşamışdır.  Bu  diyar  antik  dövrdə  Manna,  Atropaten  dövlətlərinə,  sonralar  Qafqaz  Albaniyasının  Kaspiana  vilayətinə  daxil  olmuşdur.  XVI-XVIII  əsrin  ortalarına  qədər  Masallının  indiki  ərazisi  Səfəvilər  dövlətinin  tərkibində  olmuşdur.  XVIII  əsrin  ortalarında  yaranan  Talış  xanlığı  bu  ərazini  də  əhatə  etmişdir.

    

 XIX  əsrin  ortalarında  Astara,  Lənkəran,  Lerik,  Masallı,  yardımlı  və  Cəlilabad  rayonlarının   ərazisi  Lənkəran  qəzası  adlanırdı.  1930-cu  il  sentyabrın  8-də  Masallı  inzibati  rayonu  yaradılmışdır.  Ərazisi  792  kvadrat  kilometrdir.  Hazırda  rayonun  əhatə  etdiyi  110  kənd,  bir  qəsəbə  və  şəhərdə 180  min  nəfərə  yaxın  əhali  yaşayır.  Rayonda   hər  kvadrat  kilometrə  200-225  nəfər  əhali  düşür  ki,  bu  da  dünya  əhalisinin  sıxlığından  7  dəfə,  respubilkadakından  3  dəfə  çoxdur.  Masallı  rayonu  əhalinin  hər  kvadrat  kilometrə  düşən  sıxlığına  görə  az  qala  Çin  Xalq  Respubilkasına  çatmışdır.

    

Viləşçay    subtropik   zonanın yeganə  iri  dağ  çayıdır.  Tarixi  mənbələrdə  Viləşçayın  adı  eramızdan  əvvəlki  minilliklərdə  çəkilir.  Eramızın  90-168-ci  illərində  yaşamış  yunan  coğrafiyaşünası  Ptolomey  Xəzər  dənizinin  xəritəsini  çəkərkən  Viləşçayının   Qızılağac  körfəzinə  töküldüyü  göstərmişdir.  Mənbəyini  Yardımlı  və  Lerik  rayonlarının  ərazisindən,  Talış  silsilə  yamaclarından  götürür.  Uzunluğu  115  km,  hövzəsinin  sahəsi  935  kv.km-dir.  1979-cu  ildə  su  ilə  Masallıda  Viləşçay  su  dəryasının  bünövrəsi  qoyulmuşdur.

     

Masallı  yeraltı  və  yerüstü  sərvətlərlə  də  zəngindir.  Onun  İstisuyu  əsrarəngiz  gözəllik  guşəsidir.  Ana  təbiətin  memar  əli  ilə  yaradılmış  İstisu  möcüzəsi  ulu  keçmişimizin  bizə  yadigar  qoyduğu  ən  qiymətli  sərvətlərindən  biridir.  İstisu  rayon  mərkəzindən  10  kilometr  aralı,  dəniz  səviyyəsindən  600  metr  yüksəklikdə  yerləşən  təbii  şəfa  ocağıdır.  Masallı  İstisuyu  yel,  oynaq,  əzələ,  əsəb  sistemi,  bir  çox  dəri,  habelə  mədə-bağırsaq  və  qadın  xəstəliklərinin  əvəzsiz  loğmanıdır.

     

Yeri  gəlmişkən:  "İldırım"  firması  Masallı  İstisuyunu  sponsorluğa  götürmüşdür.

      

Masallı  meşələrinin  ümumi  sahəsi  16, 4 min  hektardır.   Dağlıq  və  dağətəyi  hissə  enliyarğaqlı  palıd,  fıstıq,  nil,  vələs,  Hirkan  meşələri  dəmirağacı,  şabalıdyarpaq  palıdla   örtülüdrü.

     

 Masallının  təsərrüfat  həyatı  çoxsahəli  və  rəngarəngdir.  Əsas  təsərrüfat  sahələri  tərəvəzçilik,  çayçılıq,  üzümçülük,  heyvandarlıqdır.  Masallı  taxılçılıq  rayonu  olmasa  da  son  illərdə  taxıl  istehsalı  və  dövlətə  satışında  respubilkada  öncül  rayonlardan  sayılır.  Bu  gün  Masallıda  ciddi,  demokratik  islahatlar  gedir.  Torpaqlar  payı  bəlli  formada  kəndliyə  verilir.  Rayonda  7200-dən  artıq  kəndli  (fermer)  təsərrüfatı  yaradılmışdır  ki,  burada  130  mindən  çox  adam  işləyir.  Bu  yolla  rayonda  işsizlik  aradan  götürülür.

     

 Mal-qaranın  orta  bazar  qiymətinə  vətəndaşlara   satılması  sahəsində   təsərrüfatlar   daha  çox  gəlir  götürüb.  Əldə  olunan  vəsaitin  70  faizi  ilə  ssuda  və  dövlət  borclarının,  30  faizi  ilə  əmək  haqqı  borclarının  ödənilməsi  iqtisadi,  sosial  gərginliyi  ardan  qaldırıb.

      

Azərbaycan  respubilkasının  prezidenti  Heydər  Əliyev  aqrar  islahatlara  həsr  olunmuş  müşavirlərdə  çox  yüksək  qiymət  vermişdir.  Bu  qiymət  rayon  əhalisinin  daha  da  ruhlandırmış,  onların  işgüzarlığını  qat-qat  artırmışdır.

   

1941-1945-ci  illər  arasında  Vətənin  göylərini  qara  buludlar  alanda  Masallıdan  da  müqəddəs  savaşa  gedənlər  çox  olub.  Yüzlərlə  Masallı  vətənpərvəri  Böyük  Vətən  Müharibəsində  misilsiz  şücaət  və  igidlik  göstərib,  orden  və  medallarla  təltif  olunub.  Cəbhəyə  getmiş  10914  nəfərdən  4248  nəfəri  qayıdıb.  1573  nəfəri  itgin  düşmüşdür.  Cəsur  igidlərimiz  Qafqazdan  Berlinə  qədər    şərəfli  döyüş  yolu  keçmiş.

   

 Müharibədən  zəfərlə  qayıdanların  çoxu  artıq  öz  dünyasını  dəyişib.

44      il  sonra  isə...

 

                                              

Novruz Novruzov "Vətəni qoruyan oğullar (Masallı şəhidləri)" kitabının                                   "MÜƏLLİFDƏN" bölümünün axırını belə bitirmişdir:

    

 

 

"Masallı  oğulları  Vətən  müharibəsinin  ilk  günündən  silaha  sarılaraq  erməni  işğalçılarına  qarşı  müqəddəs     vuruşa  qalxmışlar.  Döyüş  bölgələrində  5  minə  yaxın  həmyerlimiz  vuruşub.  Onların  igidliyi,  cəsurluğu  həmişə  bu  torpağa   başucalığı   gətirib.  146  nəfər  həmyerlimiz  torpaqlarımızın  bütövlüyü  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına  həlak  olub,  30  nəfərə  yaxın  itgin  düşüb,  500  nəfərdən  çoxu  yaralanıb.  Onların  xatirəsi  həmişə  əziz  tutulur.  3  nəfərə  Azərbycanın  Milli  qəhrəmanı  adı  verilmiş,  3   nəfər  "Azərbaycan  bayrağı"  ordeninə  layiq  görülmüş,  60-dan  artıq  şəhidin  adı    təhsil  aldıqları  məktəbə,  20-dən  çoxunun  adı  isə  küçə,  soxvoz,  çay  fabrikinə  verilmişdir.  Masallıda  şəhidlər  muzeyi  və  güşələri  yaradılmışdır.  Hər  üç  Milli  Qəhrəmanın  büstü  doğulduğu  kəndin  görkəmli  yerində  qoyulmuşdur.

     

Birinci  kitabımda  90  nəfər  şəhid  haqqında  bioqrafiq  məlumatlarla  yanaşı  onların  döyüş  şücaətlərindən  də  söhbət   açmışam.  Əlbəttə  kitabın  həcmi  şəhidlər  barədə  geniş  danışığa  imkan  vermir.  Səfəralı,  Elşad,  Siyavuş,  Bəyalı,  Bəxtiyar,  Firudin  kimi  oğulllarımızın  hər  birinin  qəhrəmanlığı  ayrıca  bir  kitabın   mövzusudur.  Onların  xatirəsinin   əbədləşdirmək.  hələ  neçə-neçə  kitablar  yazılacaqdır...

    

 Masallı  şəhidlərinin  əziz  xatirəsinə  ithaf  etdiyim  ikinci  kitabda  daha  46  eloğlumuzun  igidliyindən  bəhs  olunur.  Onların  keçdiyi  döyüş   və  həyat  yolu  haqqında  məlumat  və  oçerkləri  sizin  ixtiyarınız  verirəm,  əziz  oxucular!"

 

 

 

                                                

Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV yazır ki, Novruz Novruzovun "Vətəni qoruyan oğullar (Masallı şəhidləri)" kitabının "ÖN   SÖZ" bölümündə Azərbaycan Respublikasının Prezidenti ya nında Dövlət İdarəçilik Akademiyasının "Tarix" kaferasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, həmyerlimiz

Musa Nizam oğlu Quluzadənin qeydləri verilmişdir.

 

Hörmətli Musa  Quluzadə yazır ki, arif  ata-babalarımızdan   biri  belə   deyib:   "Yolunda  ölən  varsa,  ora  vətəndir".

         

Tarixə  nəzər  salsaq  görərik  ki,  tarixin  hər  bir  səhifəsində  Azərbaycan  adlanan  bu    dilbər  guşəyə,  bu  əsrarəngiz  diyara  uzaq  və  yaxınlar  həmişə  qısqanc  bir  acgözlüklə,  kinli   həsədlə  baxıblar.     İmkan  düşən  kimi  də  yurdumuza   yürüş  ediblər.  Ancaq  həmişə də    burunları  ovularaq  geri  qayıdıblar.  Bu  torpağa  daim  göz  tikən,  həsəd  gözündə  qovrulub  yananlardan  biri,  bəlkə  də,  birincisi  heç  bir  yerdə  bənd  tuta  bilməyən,  harda  yaşayırsa  oranı  vətən  sayan  haramzada,  zatıqırıq  ermənilərdir.  Ermənilər  tarix  boyu  böyük  dövlətlərin,  imperiyaların  əlində  maşa  olubdur.  Bu  maşa  da  onlar  həmişə  öz  mənafeələri  üçün  istifadə  ediblər...

       

 1988-ci  ildə  belə  oldu.  Dünya  erməni  lobbisinə  və  əli  nahaq  qana  batmış  havadarlarının  gücünə  arxalanan  erməni  daşnakları  Dağlıq  Qarabağımızı  Azərbaycandan  ayırmaq   fikrinə  düşdülər.  Azərbaycanın  hər  guşəsindən  oğul  və  qızlarımız  vətəni  müdafiyəyə  qalxdılar.  Vətənin  müdafiəsinə  ilk  qalxanlar   sırasında   masallılarda  vardı.  Axı  Vətən  torpağının  harda  olmasından  asılı   olmayar  onun  hər  qarışı  hamınındır.

      

  Masallıdan  olan  döyüşçülər  ilk  gündən  cəbhələrdə  igidliklə  vuruşublar.  Onlardan  xeyli    şəhid  olanlar,  itgin  düşənlər,  yaralanlar  oldu.  Əlbəttə,  şəhidlik  zirvəsinə  yüksələnlər  təkcə  bir  ailənin,  bir  ocağın  yox,  bütöv  bir  elin  dərdi,  kədəridir.  Ovundurucu  odur  ki,  şəhidlərimiz  unudulmur,  onların  xatirəsinə  abidələr  ucaldılır,  kitablar  yazılır.  Bu  mənada  masallılar  həmyerliləri  Novruz  müəllimə  minnətdar  olmalıdırlar.  Bu  ışıqlı  ziyalı,  istedadlı  tarixci  öz  rayonu,  onun  adamları  üçün  daim  qurub  yaratmaq  arzusu  ilə  yaşayır.  Bir  neçə  il  bundan  öncə,  Novruz  müəllimin  yazdığı  "Masallı"  adlı  kitabına  ön  söz  yazmışdım.

      

Bu,  Novruz  müəllimin  şəhidlərə   həsr  etdiyi  ikinci  kitabıdır.  O  bu  kitabı  yazmaqla  vətəndaşlıq  borcunu  layiqincə  yerinə  yetirmişdir.  Mənə  elə  gəlir  ki,  müəllifin  bu  kitabı  öz  tutumuna,   yazı  manerasına  görə  çox  samballıdır.  kitabı  oxuyanda  hiss  edirsən  ki,  müəllif  hər  bir  şəhid  haqqında  danışanda  sanki  öz  doğma  kədərini  yaşayır.

    

Bu  kitab  dünyada  çox  az  yaşamış.  öz  canlarını  fəda  etmiş,  ölümləri  ilə  ölümsüzlük,  əbədilik  qazanmış  cəsur  oğullar  haqqında  əbədiyyat  simfoniyasıdır.  Kərbəlayi  Novruz  Novruzovun  tədqiqatcı  zəhməti,  yazıçı  duyumu  və  vətəndaşlıq  məsuliyyəti  ilə  ilə  qələmə  aldığı  bu  kitab  Vətən  qarşısında  müqəddəs  borcunu  mərdliklə,  öz  həyatı  bahsına  yerinə  yetirən  şəhid  oğullarımızın  əziz  xatirəsinə  layiqli  əbədi  abidədir.  Şəhidlər  haqqında  yazılan  hər  bir  kitab  bizim  üçün  "Quran  kimi  əzizdir,  müqəddəsdir,  unudulmazdır."   Müəllif  olduqca  lakonik  bir  dillə   gözü  yolda,  qulağı  səsdə  olan  ata-anaların,  bacı-qardaşların,  gəlinlərin  ürək  ağrılarını  öz  qəlbindən,  varlığından  keçirərək  hər  bir  şəhid  haqqında  real  faktlardan  söhbət  açır.

   

  Bu  kitab  təkcə  masallılar  üçün  yox,  bütün  Azərbaycan  oxucusu  üçündür.  Novruz  müəllimin   bu  kitabı  illər  keçsə  də  mənəvi  uzunömürlük  gətirəcəkdir.  Mən  əminəm  ki,  Novruz  Novruzovun  faktik  materiallar  əsasında  yazdığı  bu  kitab  gələcəkdə  yaranacaq  daha  böyük  əsərlərin  ən  etibarları  ilk  qaynağı  olacaqdır.

 

 

"Vətəni qoruyan oğullar (Masallı şəhidləri)" kitabı geniş oxucu auditoriyası üçündür.

MƏRHUM ÜƏLƏM DOSTUMUZ NOVRUZ NOVRUZOV MASALLI ŞƏHİDLƏRİ HAQQINDA TARİXİ KİTAB YAZMAQLA ÖZÜ DƏ ƏBƏDİYYƏTƏ QOVUŞMUŞDUR, ƏBƏDİ ABİDƏ YARATMIŞDIR.BU KİTABIN QƏHRƏMANLARI KİMİ O DA XATIRLANIR HƏMİŞƏ...





Sizin Reklam Yeriniz