Əlaqə Arxiv
news Image
2014.06.24
11:37
| A A A
Yarımçıq qalmış həyat...

Masallı maarifində adı yaddaşlara yazılan, unudulmayan çoxlu müəllimlər vardır. 

Onların arasında Təvəkkül Məmiyev də xatırlanır.


O, dövrünün əsl pedaqoqu, məktəd təşkilatçısı və dostluqda ən etibarlı bir şəxs, həyalı bir insan olmuşdur. ..

Bu sətirlərin muəllifi onunla od - su qonşuydu. Valideynlərinin yeganə övladı olsa da tale ona dörd oğlan və iki qız övladı qismət etmişdi. 


Kəndimizin də Kİ sevimli sakini və müəllimi idi. 


Təkcə bunu demək kifayət olar ki, Təvəkkül müəllim Yeddioymaq kimi böyük kənd orta məktəbində on ildən yuxarı bir vaxtda direktor işləmişdir. Əziz oxucular, bu qədər vaxtı pedaqoji kollektivə rəhbərlik etmək - məktəb direktoru işləmək o vaxtlar xüsusi istedad və tələbkarlıq tələb edirdi... 


İxtisasça kimya müəllimi olan Təvəkkül Məmiyev bu işlərin öhdəsindən layiqincə gəlir, başçılıq etdiyi Yeddioymaq kənd orta məktəbi Masallı rayonunda liderlik edirdi...


Qeyd edim ki, Təvəkkül Məmiyev 1943-cü ildə Qasımlı kəndində doğulmuşdu, dünyaya çözlərini bu kicik dünyada acmışdı. Yeddioymaqda orta məktəbi qurtardıqdan sonra bir il həmin məktəbdə baş dəstə rəhbəri işləmişdi. 


1961-ci ildə sənədlərini o vaxtkı Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə verib, imtahanlardan əla və yaxşı qiymətlər alaraq ali məktəbə daxil olub və buranı bitirmişdir. 


1966-cı ildə kollektiv ona yüksək etimad göstərərək onu oxuyub - işlədiyi Yeddioymaq kənd orta məktəbinə direktor seçib. Sonralar Təvəkkül müəllim 1982-ci ildə Yeddioymaq kənd Sovetinin sədri, 1984-cü ildə dörd kəndi –


Birinci Yeddioymaq, Qasımlı, İkinci Yeddioymaq və Şıxlar kəndlərini əhatə edən Krupskaya adına tərəvəzçilik-südçülük sovxozunun direktoru seçilib. Rayon kooperativlər ittifaqında tədarükçü işləyib. 

1996-cı ildə yenidən doğma peşəyə qayıdıb: Təvəkkül müəllim ömrünün sonuna kimi ( onun ömür karvanı 2000-ci ildə dayanıb...) 


Qasımlı kənd orta məktəbində müəllim, sonra isə məktəb həmkarlar təşkilatının sədri kimi çalışmışdır və o, əsl ziyalı, müəllim kimi kənddə, ictimaiyyət arasında böyük hörmətə malik olan şəxsiyyət idi. 


Bu yerdə gənc şair, indiki Bakı Dövlət Universiteti filologiya fakültəsinin məzunu, Hakim Həsənov adına Qasımlı kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi

Ədalət Əliheydər oğlu İsayevin "Mənim müəllimim ölüb dedilər " 

adlı şeiri yadıma düşdü. 

Şeir onun və mənim müəllimim mərhum Təvəkkül Məmiyevə həsr edilib: 



Ağladı təbiət hey asta-asta, 

Göylərin üzümü tutuldu yenə? 

Ana təbiətdə hey ağlayırdı 

Mənim müəllimim ölüb dedilər. 

Qayalar elə bil göz yaşı tökdü 

Qayalar bir boy da kiçilmişdilər 

Ucalar bir boy da hey kiçildilər 

Mənim müəllimim ölüb dedilər. 

Aman Allah, bu necə də ölümdür 

Bu qara torpaqda bu nə zülümdü 

Həyatın sonumu bu cür ölümdür 

Mənim müəllimim ölüb dedilər.

Kainat soraqlı, sirlidir hələ 

Ömürlər mənalı, sözlüdü hələ.

Acı duyğularım gəlibdi dilə, 

Mənim müəllimi ölüb dedilər. 

Göz yaşım, axacaq, dəniz, 

Həyat gözlərimə baxacaq, dəniz

Bu susuz səhralar axacaq, dəniz 

Mənim müəllimim ölüb dedilər. 

Dərdimi daşlara yazdım, neyləyim 

Bu qara daşlara baxdım neyləyim 

Bu məzar daşımı?

Baxım neyləyim İlahi, ilahi axı neyləyim? 

Mənimm müəllimim ölüb dedilər..




Əvvəldə dedim ki, Təvəkkül müəllim dostluqda sədaqətli bir insan olmuşdur. 

Gözəl insan, özü də sədaqətli dost olan, vaxtılə Masallı rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə Şöbəsinin uzun illər müdiri olmuş, əli şəfalı, əli cərrah bıcaqlı Yunus (Allah onu qəni-qəni rəhmət eləsin) M.oğlu Cəfərov "Xatirələr işığında" (Rəsul Rzayev. "Moskva ünvanlı Əlirza. Görüş də insan ömrüdür". Bakı, "Əbilov, Zeynalov və oğulları", 2002-ci il) yazır ki, 

mən Təvəkkül müəllimi tələbəlik illərindən xatırlayıram.


Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV bu günkü məktubunda yazır ki,

O, əbədi dünyanın gözəlliyini, məhəbbətini özündə cəmləşdirən, işıqlandıran olmaqla deyərdim ki, həyatda olan yaxşı cəhətlərə malik idi.O, sevdiyi adama və şagirdlərinə lazım gələrsə gözünün ışıqını verməyə hazır idi. Onunla tələbəlik illərini bir yerdə keçirmişik. O qədər şəffaf, təvazökar adamdı ki, hamı onun kimi sadə, təmiz qəlblidir. Hamıya inanırdı. Bu xasiyyətindən istifadə edən bir qrup adamlar guya onu aldadırlar. Əslində o, bunu bilirdi, üzə vurmurdu. Atası Soltan əmi, (Allah ona rəhmət eləsin) bizə dəyməyə gələndə narahat olub deyərdi ki, diribaş ol, o isə deyərdi narahat olma! O, işlədiyi müddətdə başı o qədər zəhmədə qarışmışdı ki, İllərin nə vaxt keçdiyin belə hiss etmədi. Bir də gördü ki, saçları ağarıb. Gözləri işıqdan düşüb. Lakin ömrünü səmərəli mənalı keçirdiyindən dönüb geriyə baxanda cavanlıq illərinə peşiman olmadı. Həmişə müəllim şərəfini qoruyan öz halal zəhmətilə ucalan ziyalılarımızdan olub... 

O, istər özü, istərsə də yaxınları xəstələndə mənim yanıma gələrdi. 


Deyərdi ki, sən həm həkimsən, həm də seyidsən, ikisi cəmləşib xəstəlik tez sağalar. O, özü, ailəsi dindar, dinin bütün qayda-qanunlarına əməl edənlərdən biri idi. Həmişə o deyərdi sən Allah, cəddinə tapşır ki, bizi qorusun, hifz etsin... 

Həmkəndlim-gözəl ziyalı, orta məktəb müəllimi, əziz qonşum Təvəkkül Soltan oğlu Məmiyev haqqında -

Həsən Abdullayev, Vaqif Abdullayev, Əmirxan Ağayev, Eyvaz Məcidov, Tofiq İslamov, Əlinadir Babayev, Bəhlul Mustafayev, Müseyib Mustafayev,Ədalət İsayev, Əlövsət Salamov, Tarıverdi Cahangirov... 

vaxtıikən xoş sözlər demişlər... 


Eyvaz müəllim danışır ki, o, bütöv bir məktəb idi. İndiki müəllimlərə müəllimliyi Təvəkkül müəllim sevdirib öyrətmişdi.

Yüksək mədəniyyətli şəxsiyyət idi. Otuz il onunla səhərdən axşamadək bir yerdə olmuşuq – işləmişik. Çox heyiflər olsun ki, tale onun ömür yolunu, ömür karvanını yarıda saxladı, az yaşadı. Qəlbindəki çoxlu arzuları ürəyində qaldı... 


Azərbaycan Respubilkasının tanınmış kino və teatr sənətçisi Elçin Cahangirli Təvəkkül müəllimin nişanəsidir. 

O, indiki Bakı Dövlət İncəsənət Universitetinin məzunu, tanınmış, istedadlı incəsənət ustasıdır. 


Elçin Cahangirli  RESPUBLİKA mətbuatına verdiyi müsahibələrində danişır ki, lap uşaqlıqdan ədəbiyyata həvəsim var. Evimiz Masallıda çayın qırağında idi. Mən çayın kənarına gedib, ağ dəsmalı başıma bağlayıb özümü Nəsimiyə bənzədirdim. Avazla "Nəsiminin "Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır" qəzəlini deyirdim. Rəhmətlik dayım da gitara çalırdı, elə o qəzəli oxuyarkən gitarasını sinəsinə basıb məni müşahidə edirdi. Amma bu həvəs mənə hardan gəlib onu bilmirəm. Ata-babada təbii ki, incəsənətlə məşğul olan yox idi. Mənə də hardan gəlib bunu deyə bilmərəm. Hələ məktəbə getməmişdən qabaq xeyli şeir və hekayə bilirdim. Təhsilə marağın güclü olan vaxtı atam məktəb direktoru idi. Həmin vaxt atam məktəbdə olmayanda mən kitabxanalara girirdim, bir-bir oraları gəzirdim. Toz qoxulu rəflər xoşuma gəlirdi. Şekspir, Səməd Vurğun, Mopassan, Remark, hamısını oxuyurdum. Mən indi də o günlərə borcluyam. Çəkiliş vaxtı nəsə  problem olursa heç vaxt əlimyandıda qalmıram. Çünki baza var. Dünyada təzə heç nə yoxdur. Hamısı bir-birinin təkrarıdır. Sadəcə, həmin təkrarı gözəl bir dona bürüyüb, özününküləşdirib tamaşaçıya vermək lazımdır. Çox təəssüf edirəm ki, indiki yaradıcı insanlarda nəinki mütaliə zəifdir, deyərdim ki, ümumiyyətlə yoxdur. Cavan rejissorlarla oturub söhbət edəndə sual verirəm, filankəsin əsəri- zad, heç nədən xəbərləri yoxdur. Bunlar nə çəkəcək?


O daha sonra danişıb ki,  Rəhmətlik Məmmədrza Şeyxzamanova minnətdaram. Atam məni hüquqşünas görmək istəyirdi. Mən evdəkiləri aldadırdım ki, guya hüquqa hazırlaşıram. Amma gizlin-gizlin rejissor yanına gedirdim. Bir yaşlı rejissor var idi, Moskvada təhsil almışdı. Atam isə bu barədə heç danışmaq belə istəmirdi. O, ziyalı insan idi, bütün atalar kimi övladının yaxşı bir mənsəbə yiyələnməyini istəyirdi. Mən də onu deyim ki, savadıma inanırdım, hüquq yaxud digər ixtisasa asanlıqla daxil ola bilərdim. Ancaq günlərin bir günü atam məktəb direktoru olan müddətdə Məmmədrza Şeyxzamanov rayona dəvət edilmişdi. Ona yaxınlaşıb dedim ki, aktyorluğa böyük həvəsim var, amma atam məni qoymur. Mümkünsə ona deyin ki, bu uşağın yaxşı istedadı var. O da təbii ki, məni başa düşdü. Astaca gülümsədi. Çox nurani bir siması var idi. Mən də həmin vaxt 10-cu sinfi bitirirdim. Görüşdən sonra atamla danışdı. İncəsənət Universitetində qəbul imtahanları o birilərindən tez başlayırdı. Atam da imtahana getməyimə razılıq verdi. Yəqin, fikirləşirdi ki,  kəsilərəm. Amma elə oldu ki, elə ixtisasdan dalbadal "beş"lər aldım. Digər imtahanlardan da "4" və "5". Aslan Aslanov və Temuçin Əfəndiyevə çox minnətdaram. Onlar mənim şeir, hekayə və monoloq deməyimi çox bəyəndilər.


– Bəs siz özünüz kimlərinsə sənətə gəlməsinə yardımçı olmusunuz?


– "Susmuş vicdan" serialında bir qız var idi. "Sədərək" Ticarət Mərkəzində işləyirdi. Onu dəvət edib seriala çəkdim. Tamaşaçılar da onu sevdi və qəbul etdi. İndi başqa filmə dəvət olunub və baş rolda çəkilir. Yəni məndən oğurladılar onu. Özüm rahatam, çünki onu kinoya mən gətirmişəm. Bura "Hollivud" deyil ki, milyon dollar civarında müqavilə imzalayıb yanımda saxlayım. Bilirəm ki, bu gün mən çəkdimsə, sabah uçub başqa yerə gedəcək...



Ömür, həyat tanrı vergisidir. 

Təvəkkül müəllim az yaşadı,

heç 60-il də ömür sürmədi, gözəl, nurani siması qara qranit baş daşını bəzədi:

o, qara boyalı rəng daşına, 

ağ hərflərlə bu sözlər yazıldı:


Həyat var ki, ömür qədər şərəfli, 

Ömür var ki, həyat qədər şərəfli... 


Bu misralar onun özünə aiddir: Təvəkkül müəllim təkcə həyat və ömrünü yox, müəllim ömrü və adını, mövqeyini də şərəflə yaşadı, dedi, getdi...


Masallı maarifində adı yaddaşlara yazılan, unudulmayan çoxlu müəllimlər vardır. 

Onların arasında Təvəkkül Məmiyev də xatırlanır.



Sizin Reklam Yeriniz