Əlaqə Arxiv
news Image
2014.07.04
17:25
| A A A
Avropada xalq artistinin mahnısını oxudu

Azərbaycan ikinci dəfə Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən "Golden Sparkles European Music Festival"a qatılıb. 

Movqe.az-ın məlumatına görə, müsabiqədə ölkəmizi Addım Gənclər Təşkilatının dəstəyi ilə Abdulla Şaiq adına Dövlət Kukla Teatrının solisti 7, yaşlı Aylin Nəcəfli təmsil edib. Bu il müsabiqədə Rumıniya, İtaliya, Malta, Belorusiya, Makedoniya və digər ölkənin təmsilçiləri qatılıb. 

İştirakçımız xalq artisti Flora Kərimovanın repertuarından "Tıq-tıq xanım" cizgi filminin "soundtrack"ını ifa edib. O, ifasından sonra münsiflər heyətinin rəğbətini qazanıb. Festivalın ikinci günü isə o, musiqisi Cahangir Zülfüqarov, sözləri Elçin Nəsirliyə aid "İşıqlı dünya" mahnısını oxuyub. 

Təmsilçimiz 7 yaşlı ifaçı yaşıdları arasında "Ən yaxşı ifaçı" mükafatına layiq görülüb. Bundan başqa ona Bolqarıstanın məşhur rəssamı Natalya Valievanın rəsm əsəri hədiyyə olunub. 

Qeyd edək ki, ölkəmizi münsiflər kürsüsündə Hüseyn Cavadzadə təmsil edib.



Sizin Reklam Yeriniz