Əlaqə Arxiv
news Image
2014.09.01
16:28
| A A A
“Nabat” bədii filmi Venesiya kinofestivalında nümayiş olunacaq

"Nabat" bədii filmi Venesiya kinofestivalında sentyabrın 5-də nümayiş olunacaq.

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, bu, eyni zamanda filmin dünya premyerasının başlanğıcı olacaq. Festivalın nəticələri sentyabrın 6-da açıqlanacaq.

Movqe.az məlumat verir ki, festivalda ekran əsərlərini 9 münsif qiymətləndirəcək. Fransalı bəstəkar Aleksandr Deplanın rəhbərlik etdiyi heyətə britaniyalı aktyor Tim Rot, alman rejissoru Filip Qreninq, italiyalı aktrisa Karla Verdone və başqaları daxildir.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Nabat" filmi kinofestivalın əsas müsabiqədən sonra ikinci vacib bölməsi sayılan "Horizontlar" proqramına daxil edilib. Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elçin Musaoğlu və Elxan Nəbiyev, quruluşçu operatoru Abdulrəhim Beşarat (İran), prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində əsas rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları canlandırıblar.

Sizin Reklam Yeriniz