15 sentyabr xəbərdarlığı
Yeni dərs ilinin başlanması ilə əlaqədar
təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Bakı şəhəri
ərazisində yerləşən bütün təhsil müəssisələri polisin tam
nəzarətinə götürüləcək. Xüsusilə də yol hərəkətində təhlükəsizliyin
təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata
keçiriləcək. Bu barədə ANS PRESS-ə
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ
DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis
polkovnik-leytenantı Vaqif Əsədov
bildirib. Təhsil müəssisələrinin
qarşısında yol nişanlarının tələblərini pozan sürücülərə qarşı sərt
cəza tədbirlərinin görüləcəyini deyən bölmə rəisi bildirib ki,
məktəblərin yerləşdiyi ərazilərdə dayanma, durma və parklanmanı
qadağan edən yol nişanlarının təsir zonasında dayanan avtomobil
sürücülərinə qarşı çox ciddi tədbirlər
görüləcək. Onun sözlərinə görə, yeni
dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 16-dan etibarən Bakı
şəhərindəki orta və ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərə
baxış keçirilərək çatışmazlıqların aradan qaldırılması üçün
aidiyyatı üzrə bütün tədbirlər həyata
keçiriləcək. Sürücülərə və avtomobil
sahiblərinə müraciət edən Vaqif Əsədov qeyd edib ki, BŞDYP
avtomobil sahibləri və sürücülərinə təhsil müsəssisələri
istiqamətində şəxsi avtomobilləri ilə hərəkət edərkən qoyulmuş yol
nişanlarının tələbinin yerinə yetirilməlidir. Məktəblərin ətrafında
dayandırılan nəqliyyat vasitəsi yolun daralmasına və avtomobili
olmayan valideynlərə və şagirdlərə həmin təhsil müəssisəsi
istiqamətində gediş-gəlişə çətinlik yaradır. Ona görə də avtomobili
olanlar avtomobili olmayanlar barəsində də
düşünməlidirlər.
Vaqif Əsədov həmçinin bildirib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən əlavə hansısa göstərişlər olarsa, onlar da yerinə yetiriləcək.
Vaqif Əsədov həmçinin bildirib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən əlavə hansısa göstərişlər olarsa, onlar da yerinə yetiriləcək.