Əlaqə Arxiv
news Image
2014.09.03
17:35
| A A A
Bu gün Yaşar Nurinin doğum günüdür

Bu gün Xalq artisti, görkəmli kino və teatr aktyoru Yaşar Nurinin doğum günüdür. 

Görkəmli aktyor 1951-ci il sentyabrın 3-də Bakıda dünyaya gəlib. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.

1974-cü ildə Akademik Milli Dram Teatrının Baş rejissoru Tofiq Kazımovun dəvəti ilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuriyev Milli Dram Teatrında işlədiyi illərdə repertuardan düşməyən 20-dən çox tamaşada yaddaqalan obrazlar yaradıb. Bunların sırasında Sərsəm Salman ("Dəli yığıncağı"), Məşədi Oruc ("Ölülər", C. Məmmədquluzadə), Əbdüləli bəy, ("Sevil", C. Cabbarlı), Ağamusa Nağıyev ("Mesenat", Ə. Əmirli), Kürən ("Xəcalət", H. Mirələmov) Rəhman ("Fəryad", B. Vahabzadə), İsgəndərzadə ("Ah, Paris… Paris!..", Elçin), 

İstedadlı aktyor teatr sənətində böyük uğurlara görə Azərbaycan Respublikasının Lenin Komsomolu (1984), "Qızıl dərviş" (1992 və 1996) mükafatları laureatıdır. Səhnədə və ekranda yaratdığı parlaq obrazlara görə 1981-ci ildə Əməkdar, 1989-cu ildə isə Xalq artisti fəxri adına layiq görülüb.

2012-ci il sentyabrın 1-də respublika Prezidentinin fərmanı ilə istedadlı aktyor "Şöhrət" ordeni ilə təltif edilib.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, milli kino və teatrda əvəzsiz rolların ifaçısı Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də ömrünün 62-ci ilində vəfat edib

Sizin Reklam Yeriniz