Əlaqə Arxiv
news Image
2014.10.13
16:25
| A A A
Qırğız Respublikasında Azərbaycan musiqisi günü
Мusiqisi günü çərçivəsində Bişkek şəhərində A.Maldabayev adına Qırğız Milli Akademik Opera və Balet teatrında Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının premyerası göstəriləcək

Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin dəstəyi ilə oktyabr ayının 15-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Azərbaycan musiqisi günü keçiriləcəkdir. Azərbaycan musiqisi günü çərçivəsində Bişkek şəhərində A.Maldabayev adına Qırğız Milli Akademik Opera və Balet teatrında Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasının premyerası göstəriləcəkdir. Tamaşanın quruluşçu-dirijoru - Qırğız Respublikasının xalq artisti Jumakadır Kanimetov, quruluşçu-rejissoru - əməkdar artist Sapar İsmailov, quruluşçu-baletmeysteri - Berdalı Pomankulov, quruluşçu-xormeysteri - Karaqul Tilençiyevdir. Əsərin librettosunun tərcüməçisi - Uzakbay Abdukaimovdur.

"Arşın mal alan" operettasının ifaçıları istedadlı gənc qırğız vokalçılarıdır. Gülçöhrə rolunda - Gülnur Niyazbayeva, Əskər rolunda - Stalbek Junuşaliyev, Suleyma rolunda - Nurciqit Asanov, Sultanbəy rolunda -  Qırğız Respublikasının əməkdar artisti Kayınbek Kuskakov, Asya rolunda - Kunduz Karıppayeva, Telli rolunda - Salıyma Mamatova, Vəli rolunda - Almazbek İstambayev çıxış edəçəklər.   Tamaşanı teatrın xoru və simfonik orkestri müşahidə edəcəkdir

Sizin Reklam Yeriniz