Əlaqə Arxiv
news Image
2014.11.14
16:58
| A A A
“İçəri Şəhər” filminin çəkilişlərinə start verildi
Yeni ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılacaq.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "İçəri Şəhər" adlı tammetrajlı bədii filmin çəkilişlərinə başlanılıb. Movqe az  Lent.az-a istinadən xəbər verir ki , psixoloji dram janrında olan filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Yeni ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılacaq.Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandıracaqlar.
Sizin Reklam Yeriniz