Movqe.Az xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəhbərliyi rayon sakinlərinin şifahi məlumatı əsasında Ağsu şəhərinin Şıxməzid məhəlləsindəki türbə yerinə baxış keçirərkən orada ayrı-ayrı vətəndaşlara verilmiş yeni həyətyanı sahələrində ağır texnika ilə hamarlama işləri aparılarkənüzə çıxmış orta əsrlərə aid möhtəşəm tikinti qalıqlarının olduğunu müəyyənləşdirib. Bu barədə Movqe.Az-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu Arxeoloji Ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev məlumat verib.
Olayla bağlı
aidiyyəti orqanlara məlumat verilib və orada hər növ inşaat
işlərinin dayandırılması tövsiyyə olunub. Həyətyanı sahiblərinə isə
başqa yerdə torpaq sahəsi verilib.
Abidəni xilas etmək məqsədilə ilkin arxeoloji kəşfiyyat qazıntıları aparılarkən səliqə ilə yonulmuş iri ölçülü mədən daşlarından istifadə olunmaqla qiblə istiqamətində tikiləndüzbucaqlı formasındabinanın bünövrə hissəsi aşkara çıxarılıb. Bina təqribən 400 kv.m.-ə qədər sahəni əhatə edən iri zaldan və nisbətən kiçikölçülü, çoxsaylı otaq-hücrələrdən ibarətdir.
Kəşfiyyat qazıntısı
zamanı aşkar edilmiş tapıntılar içərisində həndəsi və nəbati
elementlərlə bəzədilmiş nəfis kaşı nümunələri üstünlük təşkil edir.
Memarlıq xüsusiyyətləri, qiblə istiqamətində tikilməsi, rəngli
kaşılarla bəzədilməsi, ətrafında hər birinin içərisində ocaq
qalıqları qeydə alınan otaq-hücrələrinin mövcudluğu aşkar olunan
binanın daha çox məscid olması ehtimalını artırır. Xatırladaq ki,
Azərbaycanı Öyrənən və Tədqiq edən Cəmiyyətinin əməkdaşı Cəmil
Aleksandroviç-Nasifinin 1926-cı ilə aid məlumatında Ağsuda Şamaxı
Cümə məscidinin yaşıdı və tamamilə ona bənzər möhtəşəm məscidin
olduğu bildirilir. Nasifinin qeydlərində, həmçinin Şıxməzid türbəsi
haqqında da məlumat verilir. Rayonun yaşlı sakinlərinin dediyinə
görə Şıxməzid məscidi və türbəsi 30-cu illərdə sovet rejimi
tərəfindən həyata keçirilən "mədəni inqilab" tədbirləri
çərçivəsində dağıdılıb.
İlkin tədqiqatlar
zamanı üst qatdan aşkar olunmuş tapıntıların təhlili göstərir ki,
Şıxməzid məhəlləsindəki məscid XVI əsrin II yarısından intensiv
istifadədə olub.
Əfsuslar olsun ki, tədqiqatların davam etdirildiyi bir vaxtda, həm də ətrafının rəngli lentlərlə bağlanmasına və qorunmasının zəruri olduğu barədə bütün yerli orqanlara müvafiq xəbərdarlıq olunmasına baxmayaraq,su və kanalizasiya xətti üçün xəndək qazan AS Şirkətlər Qrupunun inşaatçıları tərəfindən abidə növbəti dəfə çox ciddi dağıntıya məruz qalıb.
Dözülməz haldır ki,
inşaatçılar həttaarxeoloqlarınərazidə tədqiqedərəkaşkara çıxarmış
olduqlarıtikinti kompleksinəaid divar, mədənitəbəqə və
istehsalatqalıqlarını ekskavatorladağıdaraq ətrafa
səpələyiblər.Xatırladaq ki, bir müddət əvvəl həmin şirkətin
inşaatçıları rayonun Kəlağaylı kəndi ərazisində su xətti üçün
xəndək qazarkən I-III əsrlərə aid nadir alban mədəniyyəti
nümunələrini də dağıdıblar.
Törədilmiş
dağıntılarla bağlıekspedisiya rəhbərliyitərəfindən aidiyyatı
orqanlara, o cümlədən Ağsu Rayon Prokurorluğuna məlumat
verilib.
Qeyd:
"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununda deyilir: " İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir.
Bu halda inşaat və
digər təsərrüfat işləri Azərbaycan Milli Elmlər Akademiyasının
mütəxəssislərinin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının
icazəsi ilə davam etdirilə bilər. İnşaat və digər təsərrüfat işləri
tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, həmin
ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və
abidələrin ilkin tədqiqi təmin edilir".
"Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun
28-ci maddəsində deyilir: "Abidələrin qorunması haqqında Azərbaycan
Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati,
intizam və mülki məsuliyyət daşıyırlar".