Əlaqə Arxiv
news Image
2014.11.19
14:53
| A A A
"Eurovision-2015” mahnı müsabiqəsinin şüarı müəyyənləşib
"Eurovision-2015" mahnı müsabiqəsinin şüarı müəyyənləşib.Movqe az APA - ya istinadən xəbər verir ki,  builki müsabiqə "Körpülər salmaqla" ("Building Bridges") şüarı altında keçiriləcək.Şüarın mahiyyəti barədə açıqlama verən müsabiqənin icraçı direktoru Yan Ola Sand bildirib ki, şüar 1956-cı ildən keçirilən yarışmanın mahiyyətini tam izah edir: "Biz inanırıq ki, avstriyalı həmkarlarımızla birgə növbəti 8 ayda ən böyük körpümüzü yaradacağıq".Təşkilatçı qeyd edib ki, builki müsabiqə II Dünya Müharibəsinin bitməsinin 70 illiyinə təsadüf etdiyi üçün yarışma xüsusi təntənə ilə təşkil olunacaq: "Bu həm də Avropa xalqlarının bir-biri ilə mehribanlığını təcəssüm etdirir".Qeyd edək ki, yarışmanın I və II yarımfinalı mayın 19 və 21-də, final mərhələsi isə mayın 23-də keçiriləcək. 
Sizin Reklam Yeriniz