Əlaqə Arxiv
news Image
2012.04.11
16:18
| A A A
Bu gün Bakıda beynəlxalq turizm sərgisi start götürür

Mövqe.az xəbər verir ki, bu gün Bakıda "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AİTF – 2012") sərgisi keçiriləcək. Bununla bağlı "İteca Caspian" şirkətinin layihə meneceri Xəyalə Əliyeva bildirib ki, sərgidə dünyanın müxtəlif yerlərinə turizm

səfərlərinin təşkil olunmasından başlayaraq hava daşımaları, hoteldə yerləşdirmə və otaqlarından edilməsində qədər turizm xidmətinlərinin bütün spektri nümayiş etdirəcəklər. Üç gün davam edəcək sərgidə 201 şirkətin iştirakı gözlənilir. Sərgi 62 turizm istiqamətini, 15 milli ekspozisiyanı və 32

iştirakçı ölkəni təqdim edəcək. Azərbaycan, Sloveniya, Türkiyə, Bolqarıstan, Gürcüstan, Çexiya, Dağıstan, Dubay (BƏƏ) və Xorvatiya öz milli ekspozisiyalarını nümayış etdirəcəklər.

Sərgidə həmçinin bu il Bakıda keçiriləcək qızlar arasında futbol üzrə dünya çempionatının rəsmi talismanına advermə mərasimi də keçiriləcək.


Nuranə Novruzova

Sizin Reklam Yeriniz