Əlaqə Arxiv
news Image
2015.02.02
16:00
| A A A
Masallıda Gənclər günü qeyd edilib

Movqe.az xəbər verir ki, ötən şənbə günü Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı rayon Mədəniyyət evində "2 fevral – Azərbaycan Gəncləri günü" münasibəti ilə tədbir keçirilib.

Tədbirin başlanmazdan əvvəl bir qrup gənc tərəfindən Ümummilli Lider Heydər Əliyevin Masallı şəhərində ucaldılan abidəsinin qarşısına gül dəstəsi qoyub.

Tədbirin rəsmi hissəsi və konsert proqramı N.Gəncəvi adına Mədəniyyət evində keçirilib.Sanki, bura, salona bahar ətri, yaz havası dolmuşdu. Bütöv dolu zal gənclik eşqindəydi. Yaşlılar da tez ötüb keçən şənclik çağlarının xatirə selinə bürünmüşdülər...

Giriş sözü ilə söz söyləyən əvvəllər ölkəmizin ən böyük və qabaqcıl aqrar rayonu olan Bərdədə yeddi il müddət komsomol rəhbəri - birinci katib işləmiş, indi Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov ilk öncə Müstəqil Azərbaycan gənclərini bayram günü münasibətilə təbrik etmiş, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulamışdır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov ictimnaiyyətin toplandığı gənclərə həsr olunmuş tədbirdə söylədi ki, bu günü ölkəmizin hər yerində Azərbaycanın gələcək nəsli öz bayramını böyük uğurla qeyd edir.Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi . Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyev Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi gənclərə böyük qayğısını bariz nümunəsi idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi. Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Tədbirdə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov məruzə edərək əvvəlcə "02 fevral – Gənclər günü" münasibət ilə bütün gəncləri ürəkdən salamlayaraq, gəncliyin hər bir nümayəndəsinə cansağlığı, xoşbəxtlik və doğma Azərbaycanın gələcəyi naminə fəaliyyətində yeni nailiyyətlər arzulamışdır. Sonra 2014-cü il ərzində "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası qanununun müvafiq bəndləri," Azərbaycan gəncliyi 2011-2015-ci illər " Dövlət Proqramından və Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının davamı olaraq Ölkə başçısı tərəfindən 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası"ndan danışaraq, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün lazımi işlərin görüldüyü diqqətə çatdırdı. Sonra Ölkə başçımızın gənclərə göstərilən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, tarixi – mədəni irsimizin, dilimizin qorunması, milli mənəvi dəyərlərimizə sahib çıxması, istedadlı gənclərin üzə çıxarılması,gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, gənc ailələrin sosial reabilitasiyası, sağlam həyat tərzinin təbliği,milli ruhda təhsil və tərbiyəsi",onların yaradıcılıq axtarışlarının stimullaşdırılması və s. kimi mühüm əhəmiyyətli sahələrdən danışaraq bildirmişdir ki, Gənclərə qayğı təkcə ölkə rəhbərliyi səviyyəsində deyil eyni zamanda Masallı rayonunun rəhbəri cənab Rafil Hüseynov tərəfindən də diqqət mərkəzində saxlanılır. Son zamanlar Masallımızda gedən inkişaf, aparılan abadlıq və quruculuq işləri gənclərimizin daha da yüksək nailiyyətlər qazanmağına stimul yaradır.

Sonra tədbirdə vatıkən Masallı komsomolunun birinci katibi işləmiş, indi isə rayon təhsil şöbəsinin metodisti Qardaş Fətullayev, Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının məsul işçisi Cəlal Əliyev, V.Abbasov adına Alışanlı kənd ümumi orta məktəbinin tarix müəlliməsi Sabirli Samirə çıxış edərək gəncləri 2-Fevral günü münüsibəti ilə təbrik etmişlər, onlara təhsildə və işlərində xoş gələcək arzulamışlar.

Daha sonra Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də çıxış edərək gəncləri təbrik etmişdir.Sonra o, bir qrup gəncə Yeni Azərbaycan Partiyasının biletlərini və Fəxri fərmanlarını təqdim etmiş və onları partiyanın hədiyyələri ilə mükafatlandırmışdır.

Gənliyə həsr olunmuş tədbirə Masallı rayonunun İncəsənət ustaları geniş konsert proqramı ilə məclisə rövnəq vermiş, romantik duyğuları bir daha oyadıblar.Vətən, Qarabağ, sevgi, məhəbbət... haqqında mahnılarla bayram tədbirinə xoş və yaddaqalan duyğular bəxş etmiş, Yarıyaşlar "Ömrü çiçək qədər olan" (Cabir Novruz) cavanlıq ömrünü bir daha yaşamış, yaşayanlar isə həmin həyat duyğularında "üzmüşlər":

Həyatımın Tacıydı.

Qara gözlü cavanlığım

Eşq məhəbbət adıydı.

Qara gözlü cavanlığım.

Ürək kimi döyünərdi,

Nə bir qəmi, nə bir dərdi.

Çox illərə sinə gəldi,

Durdu, dözdü cavanlığım.

Ömrü çiçək qədər oldu!

Sevinc oldu kədər oldu.

Neyçün gəldi gedər oldu?

Kimdən küsdü cavanlığım?


Arzulara adlayardı,

Qönçə kimi çatdıyardı.

Gözəlləri odluuyardı,

Qaynar, isti cavanlığım.


Sevgilərin məbədiydi.

Təbiətin nemətiydi

Sanırdım ki əbədiydi.

Tükənməzdi cavanlığım.

Ömrü çiçək qədər oldu!

Sevinc oldu kədər oldu.

Neyçün gəldi gedər oldu?

Kimdən küsdü cavanlığım?


Qeyd edək ki, gənclik şənliyinin sonunda iştirakçılar şirniyyat süfrəsinə dəvət olunub, unbudulmaz, yaddaqalan xatirə yaşanıb.

Sizin Reklam Yeriniz