Əlaqə Arxiv
news Image
2015.02.05
11:34
| A A A
Azərbaycanda növbəti muğam müsabiqəsi keçiriləcək

Azərbaycanda muğam ifaçıları arasında IV Respublika Muğam Müsabiqəsi keçiriləcək

Movqe.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Müsabiqənin keçirilməsində məqsəd istedadlı muğam ifaçılarının üzə çıxarılması və onların IV Beynəlxalq Muğam Festivalında iştirakının təmin edilməsidir.


IV Respublika muğam müsabiqəsi 2015-ci ilin fevral ayında Bakı şəhərində keçiriləcək. Qaliblər Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci tərəfindən seçiləcək.


Sizin Reklam Yeriniz