Əlaqə Arxiv
news Image
2015.02.06
15:05
| A A A
Kukla Teatrında aksiya

Daim yeni tamaşalar, maraqlı səhnə əsərləri ilə yanaşı, sosial baxımdan vacib mövzulu layihələrə də imza atan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə də maraqlı aksiyaya start verib. Movqe.az xəbər verir ki, teatr "Qan Donorları Assosiasiyası" İctimai Birliyi və "Azərbaycan Talassemiya Federasiyası" İctimai eyni zamanda İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu (ETHTİ), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutun Mərkəzi Qan Bankı,Azərbaycan Qızıl Aypara Cəmiyyəti və "Hematologiya İnkişafına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən 2005-ci il fevralın 8-də imzalanmış "Talassemiyasız həyat naminə" layihəsinin 10 illik yubileyi münasibətilə eyniadlı xeyriyyə aksiyası keçirib. Aksiyanın təşkilində məqsəd irsi qan xəstəlikləri, onların profilaktikası və ümumilikdə cəmiyyətin bu problemə diqqət yönəltməsini təmin etməkdir. Tədbirdə "qan verin" adlı reklam çarxı göstərilib.Ölkədəi, hər 12 nəfərdən biri bu xəstəliyin daşıyıcısıdır. Buna görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində bu xəstəliklə mübarizə üçün "Talassemiyasız həyat naminə" layihəsi hazırlanıb və əsas məqsəd cəmiyyətdə talassemiyanın həllolunmaz problem olmadığını göstərmək, xəstələrə qayğı və diqqəti əsirgəməməkdir. Tədbirdə çıxış edən digər natiqlər dövlətimiz tərəfində talassemiyalı xəstələrə göstərilən diqqət və qayğıdan danışaraq bildiriblər ki, hər bir təşkilat könüllü şəkildə belə xəstələrin müalicəsinə qoşulmaq üçün öz səylərini səfərbər etməlidir.

Xeyriyyə aksiyasında əməkdar artist Səlim Abbasovun və müğənni Nicat Məhərrəmovun ifasında mahnılar səsləndirilib. Teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının balaca istedadlarının ifasında "Şah və onun xudpəsənd oğlu" tamaşası nümayiş olunub.

Tədbirin sonunda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara xatirə hədiyyələri təqdim edilib.


Sizin Reklam Yeriniz