Azərbaycanda arxeoloji qazıntılar zamanı nadir nekropol nümunəsi tapılıb
Ağdamın Mirəşelli kəndi yaxınlığında aparılan qazıntılar zamanı nadir arxeoloji nümunələr aşkarlanıb.
Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, professor Hidayət Cəfərov APA-nın Qarabağ bürosuna bildirib ki,
aşkarlanan nümunələr eramızdan əvvəl 12-11-ci əsrlərə aiddir və çox
nadir tapıntılar hesab olunur: "Arxeoloji qazıntı zamanı aşkarlanan
küplərin nekropol nümunəsi - yəni qədim insanlara məxsus qəbir yeri
olduğu müəyyən edilib. İndiyədək bu cür qəbir yerlərinə çox az rast
gəlinirdi. Bu cür arxeoloji tapıntılar palıdlı nekropol adlanır. Bu
nümunələr xüsusiyyətlərinə görə çox qədim dövrlərə aid kifayət
qədər məlumatlar əldə etməyə imkan verir".
Professorun sözlərinə görə, qazıntılar nəticəsində aşkarlanan kuzələr, keramika nümunələri də nadir hesab oluna bilər: "Bununla yanaşı, bu nadir qəbir nümunələri qədim tayfaların adət-ənənələrinin öyrənilməsinə də imkan yaradır. Bu nekropol nümunələri tariximizin öyrənilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Bu səbəbdən də ərazinin arxeoloji tədqiqatı AMEA-nın diqqətdədir".
H. Cəfərov onu da deyib ki, qazıntı işləri aparılan ərazi bir neçə il əvvəl yerli sakinlər tərəfindən aşkarlanıb.