Əlaqə Arxiv
news Image
2012.08.19
11:38
| A A A
Bakıda yeni məscid kompleksi tikiləcək
Məscid kompleksinin inşası üçün ilkin olaraq 10 milyon manat ayrılıb

Bakı şəhərində yeni məscid kompleksi tikiləcək. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti yeni məscid kompleksinin tikintisi üçün Binəqədi rayonu ərazisində torpaq sahəsinin ayrılmasını təmin etməlidir.

Yeni məscid kompleksinin layihələndirilməsi və tikintisi üçün Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 10 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə digər məsələləri həll etmək tapşırığı verilib.

Sizin Reklam Yeriniz