Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Salzburq şəhərində keçirilən Salzbur trilogiyası konfransında iştirakı çərçivəsində bu ölkənin xarici işlər naziri Michael Spindelegger ilə görüş keçirib.
ANS PRESS-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata
görə, görüş zamanı nazirlər tərəfindən Azərbaycan və Avstriya
arasındakı münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb və iki
ölkə arasında iqtisadi, enerji va mədəniyyət sahəsində əməkdaşlığın
gələcək inkişaf perspektivləri müzakirə edilib.
Görüş əsnasında Azərbaycandakı Avstriya şirkətlərinin
fəaliyyətindən məmnunluq ifadə edilib. Nazirlər parlamentlərarası
münasibətlərin inkişafi üçün qarşılıqlı səfərlərin
intensivləşdirilməsi və bu səfərlərin artmasının daha da təşviq
edilməsi vacibliyini vurğulayıblar. Həmçinin digər sahələrdə də
müxtəlif səviyyələrdə səfərlər mübadilələrinin həyata keçirilməsi
zəruriliyi qeyd edilib. Avstriyanın xarici işlər naziri həmkarı
Elmar Məmmədyarovu Avstriyaya rəsmi səfər etməyə dəvət edib.
Görüş zamanı nazir Məmmədyarov Avstriyada Azərbaycanın Mədəniyyət
Günlərinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, bu
ölkədə yaxın bir zamanda Azərbaycan Mədaniyyət Mərkəzinin
fəaliyyətə başlayacağını bildirib.
Nazir Elmar Məmmədyarov görüşdə Ermənistan - Azərbaycan
münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar
prosesinin hazırkı durumu barədə avstriyali həmkarına məlumat
verib.