Əlaqə Arxiv
news Image
2011.11.23
20:37
| A A A
Rəqsanə sevgilisindən ayrılıb

Müğənni Rəqsanə sevgilisi Faiqdən ayrılıb. Sevgilisi mətbuata açıqlama verib və Rəqsanədən özü ayrılmaq istədiyini deyib. Müğənni isə qarşı tərəfin fikirlərini cavablandırmaq istəmir. O, açıqlamasında da münasibətlərinin bitməsini "Allahın qisməti" adlandırıb: "Bu haqda heç yerdə açıqlama vermək istəmirəm. Belə də olmalı imiş. Görünür Allahın qisməti imiş, vəssalam! Bir ildən çoxdur ki, birlikdə olmuşuq. Danışmaq ən azından nə mənə, nə ona yaraşmaz. Birinci o fikrini bildirib. Mən onun fikirlərinə heç nə deyə bilmərəm. Faiqi hansı şəkildə insanlara təqdim etmişəmsə, o şəkildə də qalacam. Özümə ayıb bilərəm ki, çıxıb onun haqqında nə isə fikirlər söyləyim". Qeyd edək ki, Faiq mətbuata açıqlamasında münasibətlərinin mətbuata məlum olmasını Rəqsanənin təşəbbüsü kimi qiymətləndirmişdi. Rəqsanə isə fikirləri təkzib edib: "Biz Faiqlə bir yerdə oturmuşduq, jurnalist yaxınlaşdı və bizi çəkmək istədiyini dedi. Mən Faiqin təbiətinə bələdəm, ona zorla heç nəyi razı salmaq mümkün deyil. Nə isə, artıq bu barədə danışmaq artıq mənasızdır. Bu mənim tərəfimdən son açıqlama olsun. Hər başlanğıcın bir sonu var".

Sizin Reklam Yeriniz