Əlaqə Arxiv
news Image
2012.08.27
11:34
| A A A
Meksikada Heydər Əliyev və Xocalı heykəllərinin qoyulduğu parka növbəti dəfə vəsait ayrıldı

Mexiko şəhərində "Tlakskoake" parkında fəvvarənin yeni konstruksiya üzrə inşasına əlavə olaraq 1,2 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Bununla da son bir ildə Heydər Əliyev və Xocalı heykəllərinin yerləşdiyi parka ayrılan vəsaitin həcmi 10 milyon dollara çatıb.budget.azsaytının məlumatına görə, Nazirlər Kabineti bununla bağlı növbəti Sərəncam verib.

Nazirlər Kabinetinin 3 iyul 2012-ci il tarixli Sərəncamına əsasən, Meksikanın paytaxtı Mexiko şəhərində Xocalı soyqırımına həsr olunan abidənin qoyulması üçün nəzərdə tutulan "Tlakskoake" meydanında fəvvarənin yeni konstruksiya üzrə inşa edilməsi işlərinin yerinə yetirilməsinə tələb olunan vəsaitin ödənilməsi məqsədi ilə 1 milyon 192 min 495 ABŞ dolları məbləğində vəsait ayrılıb.

Ayrılmış vəsait Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondu hesabına ödəniləcək. Nəzərədə tutulan vəsait istifadə üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə köçürülüb.

Məlumat üçün bildirək ki, ötən il də dövlət büdcəsindən Mexikoda park salınması üçün 7 milyon manata yaxın vəsait ayrılmışdı. Nazirlər Kabinetinin 2011-ci ilin 23 noyabr tarixli Sərəncamı ilə bu vəsait Azərbaycan-Mexiko dostluq parkının, Xocalı soyqırımına həsr olunmuş parkın salınması və 3 abidənin hazırlanması üçün nəzərdə tutulmuşdu.

Qeyd edək ki, avqustun 22-də Mexikodakı Azərbaycan-Meksika dostluğu parkında Heydər Əliyevin heykəlinin açılışı olub. Bundan başqa həmin gün həmçinin Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin də açılışı keçirilib. APA-nın məlumatına görə, Mexikonun Tlakskoake meydanı təmir olunduqdan sonra orada Xocalı abidəsi qoyulub və adı dəyişdirilərək Tlakskoake-Xocalı olub.

Xatırladaq ki, iki həftə öncə Meksika katolik kilsəsinin Baş Arxiyepiskopu "Tlakskoake-Xocalı" Meydanında yerləşən katolik məbədə Kilsə Zənglərinin hədiyyə edilməsinə görə Azərbaycan tərəfinə öz təşəkkürünü bildirmişdi.
Sizin Reklam Yeriniz