Əlaqə Arxiv
news Image
2015.06.01
11:10
| A A A
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda əmək hüquqları mövzusunda təlimlər davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyinin həyata keçirdiyi "Regionlarda əmək hüquqlarının təbliğ edilməsi məqsədilə maarifləndirmə tədbirlərinin təşkili" layihəsi Ağdaş rayonunda və Gəncə şəhərində davam etmişdir.

29 may Ağdaş rayonunda, 30 may 2015-ci il tarixdə isə Gəncə şəhərində təşkil edilən təlimdə ümumilikdə 100-ə yaxın müxtəlif yaş qruplarından və sosial təbəqələrdən olan şəxslər iştirak etmişdir. 

Hər iki təlim təşkilatın prinsiplərinə uyğun olaraq, bütün tədbirlərində olduğu kimi, vətən uğrunda şəhid olmuş övladlarımızın ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə başlamışdır.

Ağdaş rayonunda keçirilən təlimdə rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Gəncə şəhərində isə Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov qonaqları salamlayaraq, təşkilat rəhbərliyinə, təlimçilərə və iştirakçılara uğurlar arzuladılar. 

Daha sonra çıxış edən "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyinin sədri Nəsimi Həsənov iştirakçılara Azərbaycan Respublikasının gənclər siyasəti, vətəndaş cəmiyyəti, vətənpərvərlik,  təşkilatın fəaliyyət istiqamətləri, Gənclər və İdman Nazirliyinin,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanından Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihələr barədə məlumat verərək, iştirakçıları təlimdə fəal iştirak etməyə çağırdı.

Layihənin təlimçisi Ceyhun Abbasov iştirakçılara əmək hüquqları, əmək qanunvericiliyi sistemi, əmək münasibətlərinin mahiyyəti, iştirakçıları və bu sahədə son illərdə həyata keçirilən islahatlardan danışdı. Əmək müqaviləsi, əmək məzuniyyətləri, iş vaxtı, ezamiyyələr və digər bölümlərdə iştirakçıların yüksək fəallığı nəticəsində maraqlı müzakirələr oldu. 

Təlimlərdə Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Dövlət Məşğulluq Xidmətinin, səhiyyə, təhsil və digər qurumların əməkdaşları, həmçinin tələbələr və müllimlərdə iştirak etdi. 

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu. 



Sizin Reklam Yeriniz