Movqe.Az xəbər verir ki, bu gün Park Bulvar Alış-Veriş Mərkəzinin birinci mərtəbəsində Gənclər üçün Təhsil Mərkəzinin Ağcabədi rayonundakı fəallarının və telejurnalist Vəsilə Vahidqızının "Bir kitab, bir təbəssüm" adlı humanitar aksiya keçirilib.
Əsas məqsədi region gəncləri üçün Ağcabədidə yeni kitabxananın qurulmasını və onların kitaba olan marağını artırmağı nəzərdə tutan aksiyaya millət vəkilləri, jurnalistlər və cəmiyyətimizin müxtəlif sahələrini təmsil edən ziyalılar qoşulmuşdur.
Aksiyada çıxış
edən millət vəkilləri Qənirə Paşayeva, Aydın Mirzəzadə, Aqil Abbas,
Türkiyənin tanınmış sənətçisi Ahmet Şafak, tanınmış jurnalistlər
Nərgiz Cəlilova, İlhamə Novruzova, Azər Həsrət, Günay Malikqızı və
digərləri gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirdilər və öz
kitablarını gənclərə hədiyyə etdilər.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi yaxın vaxtlarda region gənclərinin toplanan kitablardan sərbəst yararlanması üçün müvafiq şəraitin yaradılmasını təmin edəcək.