Əlaqə Arxiv
news Image
2015.06.19
17:20
| A A A
I Avropa Oyunlarına həsr olunan “Milli geyimlərimizin dünəni və bu günü” kütləvi tədbiri keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi birinci qrant müsabiqəsi çərçivəsində "Milli geyimlərimizin dünəni və bu günü" adlı kütləvi tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, I Avropa Oyunlarına həsr olunan tədbir "Azərbaycan İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

 

Layihənin məqsədi "Bakı-2015" I Avropa Oyunları ilə bağlı xarici ölkələrdən gəlmiş idmançı və turistlərə Azərbaycan mədəniyyətinin bir parçası olan milli geyimləri və milli rəqsləri əyani olaraq nümayiş etdirmək və bu barədə dolğun məlumat verməkdir.

 

Paytaxtın "Azneft" meydanından başlayan tədbirə şəhər sakinləri, xarici turistlər qatılaraq milli geyimli oğlan və qızların rəqslərini izləyiblər. Bakı Xoreoqrafiya Akademiyasının tələbələri və "Rasimlər" folklor qrupunun iştirakı ilə təqdim olunan rəqs kompozisiyaları maraqla qarşılanıb.

 

Tədbir çərçivəsində turistlərə və şəhər sakinlərinə Azərbaycan bayrağı, ölkəmiz haqqında buklet və kitabçalar, mədəniyyət və tariximizi özündə əks etdirən müxtəlif suvenirlər paylanılıb.

 

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin qrant müsabiqəsi çərçivəsində iyunun 4-də və 9-da I Avropa Oyunları münasibətilə milli geyimlərimizdən bəhs edən "Əsrlərin yaddaşı" adlı promo-videonun təqdimatı və "Azərbaycan milli geyimləri" sərgisi keçirilib.

 

Sizin Reklam Yeriniz