Əlaqə Arxiv
news Image
2012.09.14
20:37
| A A A
Yaşlı almanlar üçün Azərbaycan dili kursları açılacaq

Son zamanlar almanların Azərbaycan dilinin öyrənilməsinə marağı artıb.

Sentyabr ayından Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində uşaq və yeniyetmələr üçün Azərbaycan dili kursları təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əsas məqsəd Almaniyada böyüyən azərbaycanlı uşaqlarda Azərbaycana qarşı məhəbbət hissi aşılamaq, Azərbaycan mədəniyyəti və incəsənətinə maraq oyatmaq, onları əsil mənada xaricdə yaşamalarına baxmayaraq vətənpərvər şəxsiyyət kimi boya-başa çatdırılmasına xidmət etməkdir.
Ana dilində danışmaq azərbaycançılıq ideyasının yaşadılması üçün, Azərbaycanlı mənsubiyyətinin əsas şərtidir. Azərbaycan dili Berlində yaşayan həmyerlimiz dosent Maisə xanım Əliyeva tərəfindən tədris edilir. Kursa gələn uşaqlara Azərbaycan məktəblərində istifadə olunan "Əlifba" və "Ana sözü" dərslikləri əsasında Azərbaycan dilinin qrammatikası, morfologiyası, Azərbaycan ədəbiyyatından uşaqlar üçün yazılan hekayə və şerlər, yazıçılar haqda bilgilər veriləcək. Dərsdə eyni zamanda Azərbaycan dilində cizgi və bədii filmlərin tamaşası həyata keçiriləcək, Azərbaycan dilində ünsiyyəti inkişaf etdirəcək.
AAKM-nin müvəffəq təşəbbüslərindən biri də 2012-ci ilin oktyabr ayından Berlin şəhərinin Şteqlitz-Zelendorf bölgəsinin Ali Məktəbi ilə əməkdaşlıqda yaşlılar üçün Azərbaycan dili kursları təşkil olunmasıdır. Son zamanlar bir çox almanların, müxtəlif mənşəli alman vətəndaşlarının Azərbaycan dilinin öyrənilməsinə marağı artıb. Azərbaycana, onun tarixinə və mədəniyyətinə, iqtisadiyyatına, inkişafda olan cəmiyyətinə yiyələnmək zərurətindən irəli gələn bu marağı dil kursları ilə dəstəklənir. Azərbaycan dili AAKM-ndə Dosent Naiba Hantel tərəfindən tədris olunacaq. Bu təşəbbüs son zamanlar Avropada geniş vüsət almış mədəniyyətlərarası dialoqlar sahəsində atılan addımlardan biridir. Xalqların bir-birinə yol tapıb ünsiyyət yaratması dilin öyrənilməsi prosesi ilə sıx bağlıdır.

Sizin Reklam Yeriniz