Əlaqə Arxiv
news Image
2015.07.10
16:30
| A A A
Moskvada Beynəlxalq Quran festivalı keçiriləcək
İyulun 11-dən başlayaraq Moskvada birinci Beynəlxalq Quran festivalı keçiriləcək. Festival Ramazan ayının sonunda başa çatacaq.

Movqe.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS Rusiya Federasiyası Müftilər Şurasının sədr müavini Ruşan Abbasovun bəyanatına istinadən bildirib.


Festival Moskvanın İslam Mədəniyyət Mərkəzində iyulun 11-dən yeddi gün ərzində davam edəcək.


Tədbirdə İrandan, Azərbaycandan, Qazaxıstandan, Tacikistandan, Türkiyə və Hindistandan olan dinşünaslar və tərcüməçilər çıxış edəcəklər.


İştirakçılar müsəlmanlara, dinşünaslara, tərcüməçilərə və bütün arzu edənlərə Quranın nəşrlərini, filmlər və animasiyalar, elmi ədəbiyyatın yeniliklərini, incəsənət əsərlərini təqdim etməyə hazırlaşırlar.

Sizin Reklam Yeriniz