Əlaqə Arxiv
news Image
2015.07.14
14:10
| A A A
Azərbaycanda nazirliklərdən biri işçi qəbulu elan edib

Müsahibəyə dair ətraflı məlumat almaq istəyənlər nazirliyin İnsan resursları şöbəsinə müraciət edə bilərlər

Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edir.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən ediləcək. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınacaq.

Müsahibəyə dair ətraflı məlumat almaq istəyənlər Mədəniyyət və Turizm Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edə bilərlər.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında müsahibənin şərtləri və hansı sənədlərin tələb olunduğu barədə ətraflı məlumat yerləşdirilib. 

Sizin Reklam Yeriniz