Əlaqə Arxiv
news Image
2015.08.01
18:30
| A A A
Azərbaycanın mədəniyyət və turizm naziri İtaliyada səfərdədir
Nazir Əbülfəs Qarayev Milanda keçirilən “EXPO Milan 2015” sərgisində və beynəlxalq konfransda iştirak edir

İtaliyanın Milan şəhərində keçirilən "EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb. Movqe.az xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Açılış mərasimində İtaliyanın baş naziri Matteo Renzi, UNESCO-nun baş direktoru İrina Bokova, İtaliyanın mədəni irs, fəaliyyət və turizm naziri Dario Francesçini, 70-dən çox ölkədən mədəniyyət nazirləri və nümayəndə heyətləri iştirak edib.

"Mədəniyyət xalqlar arasında dialoqun təkmilləşdirilməsində əsas vasitədir" şüarı altında keçirilən tədbirdə ölkələri sülhə, əmin-amanlığa, qlobal dünyada mədəniyyət üzərindən qalib gəlməyə çağırıblar.

Açılış nitqi ilə çıxış edən naziri D.Francesçini konfransın əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Açılışda iştirak edən UNESCO-nun baş direktoru İ.Bokova çıxışı zamanı tədbiri yüksək qiymətləndirib və bildirib ki, dünyada sülhün qorunması baxımından belə tədbirlərin davamlı olaraq keçirilməsi zərurəti var.

Daha sonra müxtəlif ölkələrin mədəniyyət nazirlərinin çıxışları ilə davam edən konfransda mədəniyyətin müxtəlif aspektləri ilə bağlı məsələlərə toxunulub.

Məlumat üçün bildirirək ki, açılışdan öncə İtaliyanın məhşur "Fondazione Prada" qalereyasında qonaqlar üçün gəzinti təşkil edilib və təqdimatlar keçirilib.

Qeyd edək ki, konfrans bu gün yekunlaşır. 

Sizin Reklam Yeriniz