Əlaqə Arxiv
news Image
2015.08.12
15:44
| A A A
Azərbaycanda film üçün kastinq elan edildi
Azərbaycanda yeni fəaliyyətə başlamış “Cineba film” şirkəti yeni çəkiləcək filmin kastinqini elan edib.

Movqe.Az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən verilən məlumata görə, kastinqdə 8-10, 15-16 yaşlarında qız, 20-35, 45-50 yaşlarında qadın, eləcə də 20-25, 40-60 yaşlarında kişi oyunçular iştirak edə bilərlər.


Kastinq avqustun 16-dək şirkətin ofisində aparılacaq. Müraciət etmək istəyənlər saat 10.00-dan 17.00-dəkbu ünvana gələ bilərlər: Yeni Həyat Azur Biznes Mərkəzinin 8-ci mərtəbəsi. Kastinq bitdikdən sonra sentyabr ayının əvvəli çəkilişlər başlanacaq. Film Battal Gazi Karabulağın ssenarisi əsasında çəkiləcək. "Bir ovuc sonsuzluq" adlanacaq film faciəvi dram janrında olacaq. Filmdə baş rolları oynayacaq aktyorlar artıq seçilib. Verilən məlumata görə filmdə Türkiyənin 2 tanınmış aktyorları da çəkiləcəklər. Hər iki aktyorla bu həftə müqavilə imzalandıqdan sonra adları açıqlanacaq.


Filmin rejissorları Murad Abdullayev və Battal Gazi Karabulaqdır.



Sizin Reklam Yeriniz