Əlaqə Arxiv
news Image
2012.10.01
20:37
| A A A
YUNESKO-nun baş direktoru bəyanat yayıb
İrina Bokova: “Nizami Gəncəvi ümumbəşəri dəyərə malik bir alimdir”

"Dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi ümumbəşəri dəyərə malik bir alimdir. Bu il onun 870 illik yubileyinin keçirilməsi mədəniyyətlərarası dialoqa bir çağırışdır və YUNESKO təşkilatı bu yubileydə iştirakdan çox böyük şərəf hissi duyur".

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bu cümlələr YUNESKO-nun baş direktoru İrina Bokovanın Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda o da bildirilir ki, Nizami yaradıcılığı bəşəriyyətin müxtəlifliyini, bilik və kamillik yolu ilə zamanın axarını dəyişməyə çalışmasını təbliğ edir, ləyaqətli, ədalətli və ahəngdar bir cəmiyyətə səsləyir: "Onun əsərləri mədəniyyətin xalqlar arasında körpü salmasını və ictimai şüuru təcəssüm etdirir. Hələ o dövrlərdə Gəncə şəhərinin kitabxanalarında, Nizami İslam dünyasının hər bir tərəfindən olan əsərləri-tərcümələr, qədim əsərlərin təfsirləri, müxtəlif dillərdə olan poemalar və elmi işləri əldə edə bilirdi. XII əsrdə olduğu kimi, bu günümüzdə də bu mədəni müxtəliflik bir imkan kimi hesab oluna bilər. Mədəniyyətlərin yaxınlaşmasına öz töhfəmizi vermək üçün mədəni, eyni zamanda mövcud bilik mübadiləsini genişləndirməklə birgə işləyə bilərik.

Heç şübhəsiz Nizaminin ədəbi irsi Azərbaycan, Mərkəzi Asiya və digər ölkələrdə insanların həyatına çox böyük təsir göstərib. "Ruhumu sevgiyə qərq edin" humanist çağırışı yaşadığımız qeyri-müəyyən zaman üçün bir ilhamdır. Bu çağırış, "sülh müdafiəsi xanımların və kişilərin şüurlarında qurulmalıdır" kimi YUNESKO-nun yaradılma konsepsiyasını özündə əks etdirir. Bu xüsusda, Nizami irsinin və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Azərbaycanın dövlət qurumlarının və Gəncə şəhərinin səylərini ürəkdən alqışlayıram".

Sizin Reklam Yeriniz