Əlaqə Arxiv
news Image
2015.08.17
21:15
| A A A
Yazıçılar Birliyinin üzvü: "Yeni ailə həyatı qurmaq istəyən gənclər psixoloji problemlərlə üzləşirlər"
Tural Bayraməliyev: "Mən qəhrəmanımın dili ilə bu mövzuya öz aspektimdən yanaşacam"

Yazıçılar Birliyinin üzvü, şair Tural Bayraməliyev oxucularına təqdim etdiyi çap əsərlərində bir çox mövzulara toxunub. Gənc yazarla müsahibəmizdə onu düşündürən ən qlobal mövzunun yaşıdlarının ailə problemi olduğunu öyrəndik. Yaxın zamanlarda bu mövzunu bədii ədəbiyyata çevirməyi düşünən Tural Bayraməliyev kifayət qədər ictimailəşən problemdən danışdı:

- Bu, hazırda qələmə almaq istədiyim qlobal mövzulardan biridir. İşi olmayan,  lakin yeni ailə həyatı qurmaq istəyən gənclər psixoloji problemlərlə üzləşirlər. Mən qəhrəmanımın dili ilə bu mövzuya öz aspektimdən yanaşacam.  Mövzunun özəlliyi ondan ibarətdir ki, gənclər bir ədəbi məhsul oxumaqla yanaşı, məsələnin hardasa həllinə də vara biləcəklər. Bu cür problemlərin məncə həlli yolu var. Sadəcə, onu düşünüb tapmaq lazımdır.

- Bəzən, problemi həll etmək istəyərkən, uçuruma yuvarlananlar da olur. Məsələn, sosial bəlalar və s.

- Həyatlarını öz əlləri ilə "qara qutuya" çevirən gənclər üçün bu, uzaqdan hamar yol şəklində görünür. Amma yolun başlanğıcı hamar olduğuğu qədər, sonu uçurumdu. Mən bir çox xeyriyyə tədbirlərinə qoşulmaqla, gəncləri bu yoldan uzaqlaşdırmağa çalışmışam. Bəzən nail oluruq, bəziləri üçün isə artıq həyat "sönür".  Bədii ədəbiyyatımın mövzusunun bir hissəsini məhz bu mövzu təşkil edəcək. Bu, maarifləndirmənin bir hissəsi ola biləcək.

-  Yaşınızdan çox şeyi öyrənməyə çalışırsız. Qarşılaşdığınız hər əvhalatı bədii ədəbiyyata çevirə bilirsiz?

- Ədəbiyyat adamlarının əsas mövzularını məhz gerçək həyatdakı əhvalatlar təşkil edir. Bir neçə əsərimin məhz gerçək həyatdan götürüldüyünü deyə bilərəm. Mən ciddi ədəbiyyatdan yazanda, xəyali mövzular dalınca qaçmıram. Nağıllardan uzağam. Şeirlərimdə isə əksinəyəm. Bu gün daha çox ciddi və qlobal mövzuları düşünürəm. Növbəti kitabım məhz gerçəkliklərdən bəhs edəcək.

-          -Xalqın yanında böyük ədəbiyyatla dayanmaq mümkündürmü?

 

-       -  Mümkündür. Tarix boyu şahidik ki, xalqımızın yanında dayananlar söz yazarları,  ictimai xadimlər olub. Qələm adamı Tanrının seçilmiş bəndəsidi. Xalqın dərdinə öz dərdi kimi yanaşa bilir. Mənən hər zaman xalqın yanındayıq. Problemleri bədiiləşdirə bildiyimiz qədər, həllini də düşünməyə çalışırıq. Məmur səlahiyyəti olan ədəbiyyat adamı üçün bu problem daha asan görünə bilir.

 -      - Sizi nə ruhdan sala bilər?

 -     - İnsanların xainliyi. Amma bu müvəqqətidir. Bəzi insanlar var ki, özləri nəsə edə bilməyəndə, ətrafındakı insanın uğurunu baltalamaqdan həzz alır. Şükür ki, belə məqamlarda daha da böyüyürəm, güclənirəm. Çevrəmdəki dostları tanıyıram. Bilirəm ki, kiminlə dostluq etmək mənə baş ucalığı gətirə bilər. Mən dövlətini, Vətənini sevən insanam. Dövlətimizin başında oturan rəhbərimiz var, o biz gənclər üçün nümunədir. Siyasəti bizim üçün bir örnəkdir. Hər bir yaradıcılıq məhsulum, xeyiryəçiliyim, ictimai fəaliyyətimdə bu örnəkdən bir nümunə var.

 


Sizin Reklam Yeriniz