Əlaqə Arxiv
news Image
2012.10.02
18:09
| A A A
Yaxın günlərdə ekran "Məhkumlar"ı olacağıq

Azərbaycanda bütün parametrləri ilə dünya teleseriallarının tələblərinə cavab verə bilən teleserial çəkilişlərinə başlanılıb. "Məhkumlar" adlanan teleserialın rejissoru və baş prodüseri Yaşar Əhmədov, ssenari müəllifi isə Vüsal Nurudur. Serialda cəmiyyətdə baş verən sosial problemlər: ailədaxili zorakılıq, erkən və yaxın qohum nikahları, valideyn - övlad münasibətləri kimi ciddi sosial problemlər öz ekran həllini tapıb. Serialın ilkləri sözün əsl mənasında saymaqla bitmir. İlk dəfə Azərbaycanda çəkilən bir teleserialın internet portalı(www.mahkumlar.az) fəaliyyətə başlayıb. İlk dəfə teleserialın tanıtım filmi ayrıca filmin bölümlərindən olan fraqmanlardan istifadə edilmədən hazırlanıb. Bütün bunlardan başqa teleserial hələ efirə verilməmişdən əvvəl artıq ictimai nəqliyyat vasitələrində: avtobuslarda, metrolarda "Məhkumlar" teleserialının reklamları yerləşdirilib. Teleserialda çəkilən aktyorlar arasında əməkdar artistlər Bakı Bələdiyyə Teatrının aktyorları, əməkdar artist Firəngiz Babayeva (Zərrintac), Aydın Əliyev (Fikrət), Sərvər Şahbəyli (Bəhram) kimi aktyorlar var. Ümumilikdə teleserialda 14 əsas və 10 - a yaxın yardımçı obraz mövcuddur. Teleserial 4 oktyabr 2012 - ci il tarixində saat 19:30 da ATV telekanalının efirində olacaq.

Sizin Reklam Yeriniz