Əlaqə Arxiv
news Image
2015.08.28
13:10
| A A A
“Arşın Mal Alan” Hollivudda nümayiş olunacaq

İlk dəfə.

Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş "Arşın Mal Alan" filmi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunacaq. Bu, "Arşın Mal Alan" filminin Hollivudda ilk premyerası olacaqdır.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Movqe.az-a verilən məlumata əsasən, film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş "Ricardo Montalban" kinoteatrında təqdim ediləcək.

Qeyd edək ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstəriləcək. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, "Arşın Mal Alan" filminin isə 70 illiyinə həsr olunur.

Filmin nümayişi ilə bağlı Baş Konsulluq tərəfindən qısa video-çarx da hazırlanıb.

Sizin Reklam Yeriniz