Hüseyn Cavidin Ev-Muzeyi beynəlxalq sərgi-yarmarkada iştirak edəcək
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 16-dan 18-dək Bakıda keçiriləcək IV beynəlxalq kitab sərgi-yarmarkasında dramaturq Hüseyn Cavidin Ev-Muzeyi də fəal iştirak edəcək.
Movqe.az xəbər verir ki, bu barədə məlumatı Hüseyn Cavidin Ev-Muzeyi yayıb.
Muzeydən bildiriblər ki, sərgi-yarmarkada bu müəssisədə aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən "Hüseyn Cavid: həyat və sənət yolu", "Hüseyn Cavid. Əsərləri. 5 cilddə", "Cavid hikməti. Seçmə aforizmlər", "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid", "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid. 10 cilddə", "Cavidşünaslıq: elmi araşdırmalar toplusu. 10 cilddə" və digər kitablar nümayiş etdiriləcək.