Əlaqə Arxiv
news Image
2015.09.04
16:43
| A A A
Habil Əliyevin qızı: "Atamın nəfəsi gedib..."

Habil Əliyevin qızı Kəmalə Əliyeva atasıın ölüm xəbərini yayanlara səslənib. Movqe.az-a açıqlama verən Kəmalə xanım xalqın korifey sənətkarının nəfəsinin hələki üstündə olduğunu söyləyib: "Atamın nəfəsi gedib-gəlir. Onun sağalıb ayağa qalxacağına ümidimiz çox azdır. Amma bununla belə atamın ən azından gözünü açıb bizi görəcəyi, səsimizi eşidəcəyi anı gözləyirik. Ümidimizi Allahdan kəsmirik. Deyirik bəlkə möcüzə ola, atam sağala. Atamın ölüm xəbərini o sağ ikən yayanlara üzümü tutub demək istəyirəm ki, bu cür xəbərləri yazmaqla  milyonlarla Habil sevənləri, bizi üzmüş olurlar. Axı o xalqın sənətkarıdır".

K. Əliyeva deyib ki, özü həkim olsa belə atasına bu vəziyyətdə kömək edə bilməməsi onu çox məyus edir: "İndi siz düşünün, özüm həkiməm, amma atamı sağaldıb ayağa qaldıra bilmirəm. Elə başının üstündə də dayanıb deyirəm ki, ata, ən ağır xəstələri sağaltdım, amma səni sağalda bilmirəm, bağışla məni. Bir övlad üçün bunun nə qədər ağır olduğunu sözlə ifadə etmək çətindir. Atam o gün ayaq barmaqlarını tərpətdi. İnanın hamımızın gözündə ümid işığı sanki sanki yenidən  parladı. Gözünü açdıq ki, bəlkə bizi görüb tanıya. Hətta onunla bağlı televiziyada xəbərlər efirə gedəndə də televizorun səsini artırırıq ki, bəlkə görüb bir reaksiya verə. Amma yox...." 

Qedy edək ki, Habil Əliyev ürək və ağciyər çatışmazlığından əziyyət çəkir. 

S
ənətkarın səhhəti Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi nəzarətindədir.

Habil
Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. 

Habil
Əliyev "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib.

Sizin Reklam Yeriniz