Əlaqə Arxiv
news Image
2015.09.09
17:20
| A A A
" Ay bala, çəkil o yana, görürsən ki... " - Habil Əliyevdən duzlu, məzəli zarafatlar
Azərbaycanın Xalq artisti, tanınmış kaman ustası Habil Əliyev uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.

Deyirlər, zarafat etmək insanın həm ömrünü uzadır, həm də əhval-ruhiyyəsini artırır. Bəlkə də mərhum sənətkarın uzun bir ömür sürməsinin əsas tərəflərindən biri də onun zarafatları idi. 88 yaşında vəfat edən sənətkarın zarafatları, maraqlı lətifələri uzun illərdir sənət adamları- musiqiçilər, ziyalılar arasında dillər əzbəridir.


Movqe.az sənət adamlarının dilindən söylənən mərhum kaman ustasının bir neçə lətifəsini təqdim edir:


Xalq artisti Gülyaz Məmmədova: " Danışdığım əhvalat 1978-ci ildə İngiltərədə baş verib. Habil müəllim hər zamankı kimi təblə kamanda ifa edirmiş. Rafiq Babayev yaxınlaşıb ki, gəl birlikdə ifa edək, maraqlı kompozisiya alınsın. Habil müəllim tərs-tərs baxaraq: " Mənim elə şeylərdən xoşum gəlmir. Özüm tək ifa edəcəm. Mane olmayın, səhnəni tərk edin". 


Xalq artisti Alim Qasımov: " Yadıma gəlir, Habil Əliyevlə Moskvadaydıq. Elə oldu ki, liftdən istifadə etməli olduq. Habil müəllim liftə minən kimi, liftin düyməsini nə qədər sıxsa da qapı bağlanmadı. Qayıdıb üzümə gülərək baxıb dedi ki, "Eh, Alim tar çalanlar içində ən yaxşı liftçi məniydim".


Müğənni Lalə Məmmədova: " Günlərin bir günü Habil Əliyev kənd toylarının birində çıxış edirmiş. O zamanlar da toylarda fotoqraf tapmaq çox çətin məsələydi. Elə olur ki, Habil müəllim fotoqraflardan birinə onun şəkilini çəkməsi üçün müraciət edir. Fotoqraf da məmnuniyyətlə razı olur. Şəkil çəkilən an toyda olan insanlardan biri el dilində desək, "mərdimazarlıq" edərək kadra düşür. Belə olduğunu gördükdə Habil müəllim əsəbləşir. Fotoqrafdan onun yenidən şəkilini çəkməsini xahiş edir. Bu dəfə yenə həmin insan arxa kadra düşür. Habil müəllim mədəni insan olduğuna görə yenə öz hisslərini cilovlaya bilir. Üçüncü dəfə yenə eyni hadisəylə rastlaşır. Aranın sakitləşdiyini görən Habil Əliyev fotoqrafdan yenə xahiş edərək: " Gəlməmiş tez şəkilimi çək" -deyir. Bu zaman həmin insanın gəldiyini görən Habil Əliyev: " Ay bala, çəkil o yana, görürsən ki, pasport üçün şəkil çəkdirirəm" - deyir.


Xalq artisti Mələkxanım Əyyubova: " Bir dəfə Habil müəllimə : " Düzdür ki, pul əl çirkidir? " - deyə sual verirlər. Habil müəllim cibindəki pulu çıxarır və əlinə sürtür. Bundan sonra əlinin çirki yerə tökülür. Sual verən adamın üzünə gülərək baxıb deyir ki, bala gördün indi əl çirkidir, ya yox?


Əməkdar artist Könül Kərimova: " Mənim yadımda qalan ən yaxşı zarafatı Niyaməddin Musayevlə olan zarafatıdır. Deməli, şalvarının dar olduğunu görən Habil müəllim gəlir, Niyaməddin bəyə yaxınlaşaraq: " Niyaməddin, sən deyəsən şalvarı "rajokla" geyinirsən" - deyir. 

Sizin Reklam Yeriniz