Əlaqə Arxiv
news Image
2015.09.10
16:00
| A A A
Ömər Eldarov əməliyyat olunub
Xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarov Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib. Rəssam böyrək əməliyyatı keçirib.

Movqe.az-ın məlumatına görə, publika.az-a açıqlamasında xəbəri təsdiqləyən rəssam hazırda özünü yaxşı hiss etdiyini deyib: 


"Bir neçə gün bundan əvvəl xəstəxanaya yerləşdirildim. Həkimlərin müayinəsi nəticəsində böyrəyimdə daş olduğu bəlli oldu. Əməliyyat olundum, lazer yolu ilə daşlar xaric olundu. İndi özümü yaxşı hiss edirəm, həkimlər məni sabah evə buraxacaqlar".

 

Qeyd edək ki, Ömər Eldarovun yaratdığı heykəllərə dünyanın bir çox ölkələrində rast gəlmək mümkündür. Məsələn, dahi bəstəkar Üzeyir Hacıbəyovun Vyanadakı abidəsi məhz Ömər Eldarovun əl işidir. O cümlədən ulu öndər Heydər Əliyevin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, professor İhsan Doğramacının heykəlləri, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrinin müəllifli də məhz Ömər Eldarovdur.

Sizin Reklam Yeriniz