Əlaqə Arxiv
news Image
2015.09.11
13:31
| A A A
Azərbaycan filmləri Türkiyədə keçirilən beynəlxalq festivalda iştirak edir

Azərbaycan filmləri 16-cı "Altın Safran" Beynəlxalq Sənədli Filmlər Festivalında iştirak edir.


Movqe.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Türkiyənin Safranbolu şəhərində keçirilən festivalda Azərbaycanı rejissor Adil Azay dövlət sifarişi ilə "Yaddaş" studiyasında çəkdiyi "Xəlvətdə qalmış müdrik" və "Azanfilm" studiyasına çəkdiyi "Vulkanın nəfəsi" sənədli filmləri ilə təmsil edəcək.


"Xəlvətdə qalmış müdrik" filmi görkəmli sufi filosofu, "Xəlvətiyə" təriqətinin yaradıcısı Seyid Yəhya Bakuvidən, "Vulkanın nəfəsi" filmi isə Azərbaycanda geniş yayılmış palçıq vulkanlarından bəhs edir.




Sizin Reklam Yeriniz