Əlaqə Arxiv
news Image
2015.09.26
19:00
| A A A
Rembrandtın əsərlərinin alınmasını Fransa və Niderland hökumətləri birgə maliyyələşdirmək istəyir

Fransanın hakimiyyət orqanları məşhur holland rəssamı Rembrandtın əsərlərinin alınmasına 80 milyon dollar ayırmağa hazırdır. Bu barədə ölkənin Mədəniyyət Nazirliyi məlumat yayıb.


Movqe.az-ın TASS informasiya agentliyinə istinadən məlumatına görə, milyarder Rotşildlər ailəsi yaxın vaxtlarda rəssamın iki əsərini 160 milyon dollara satışa çıxarmağa hazırlaşır. Niderlandın maliyyə məsələləri ilə məşğul olan yüksək vəzifəli dövlət məmurlarının əks olunduğu hər iki əsəri Rembrandt 1634-cü ildə çəkib.


İlk olaraq rəsmləri almağa Fransanın Luvr muzeyi cəhd göstərib və onların sahibləri ilə il ərzində danışıqlar aparıb. Lakin muzeyin 8 milyondan çox olmayan məhdud illik büdcəsi və sponsorların köməyi ilə lazımi qədər pul yığa bilməməsi buna imkan verməyib.


Nazirlik elan edib ki, o, sövdələşmənin maliyyələşdirilməsinə "Bank de Fransı" cəlb edə bilib.


Rembrandtın şedevrlərinin alınmasına, eyni zamanda, Amsterdamın Kral muzeyi də maraq göstərir. Bir qədər əvvəl o, Luvr muzeyinə əsərləri birlikdə almağı və növbə ilə zallara qoymağı təklif edib. Lakin muzeylər bu barədə razılığa gələ bilməyiblər.


Sentyabrın 21-də isə Niderland hökuməti bəyan edib ki, əsərlərin ölkə muzeyləri üçün alınmasını hissəvi maliyyələşdirməyə hazırdır. Əgər danışıqlar uğurla nəticələnsə, rəsm əsərlərinin alınmasını iki ölkə birlikdə həyata keçirəcək.


Sizin Reklam Yeriniz