Əlaqə Arxiv
news Image
2015.09.28
13:52
| A A A
Nazir: "Xalça Muzeyində yoxlamalar aparıldı və bir sıra nöqsanlar aşkar edildi"

"Hər bir kollektivdə problemlər, narazılıqlar ola bilər. Biz dövlət orqanı kimi faktlara və müraciətlərə diqqətsiz qala bilmərik. Xalça Muzeyində yoxlamalar aparıldı və bir sıra nöqsanlar aşkar edildi".


Movqe.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki muzeydə bir ay müddətində monitorinq keçiriləcək: "Xalça Muzeyi böyük muzeydir. Ona görə də mənim qərarım əsasında bir ay müddətində monitorinq keçiriləcək ki, neçə nəfər insan gəlir, əməkdaşlar necə işləyir, biletlər necə satılır, hansı xidmətlər göstərilir və s. Bütün bunlar təhlil olunacaq və ondan sonra hansısa nəticədən danışmaq olar. Mən deyə bilmərəm ki, orda hansısa sensasion hadisələr olur, cinayətdən söhbət gedir, pis xidmətlər var və s. Belə şeylər yoxdur. Xalça Muzeyi bizim fəxrimiz və fərəhimizdir. Bu muzey haqqında yaxşı fikirlər formalaşdırmalıyıq, müsbət emosiyalarla yaşamalıyıq. Çünki dünyanın ən yaxşı Xalça Muzeyi məhz Azərbaycandadır".

Qeyd edək ki, Xalça Muzeyinin direktor müavini Asya Şirəliyeva muzeyin direktoru Röya Tağıyevaya qarşı bir sıra ittihamlar səsləndirib. O, muzeydə mənimsəmələrin olduğunu və direktorun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini söyləyib.


Sizin Reklam Yeriniz