Əlaqə Arxiv
news Image
2015.09.28
16:41
| A A A
Festival çərçivəsində "Min bir gecə" baleti nümayiş olunub

Dahi bəstəkar, Azərbaycan professional bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunan VII Beynəlxalq musiqi festivalı davam edir. Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq Artisti Fikrət Əmirovun "Min bir gecə" ikihissəli baleti nümayiş olunub.

Qədim Şərq nağıllarının motivləri əsasında qələmə alınmış tamaşanın quruluşçu baletmeysteri Əməkdar İncəsənət Xadimi Nailə Nəzirova, quruluşçu rəssamı Xalq Rəssamı Toğrul Nərimanbəyov, kostyum üzrə rəssamı Xalq Rəssamı Tahir Tahirovdur.

Tamaşada baş rolları Cəmilə Kərimova (ilk ifa) və Makar Ferştandt ifa ediblər.

Sizin Reklam Yeriniz