Əlaqə Arxiv
news Image
2015.10.26
11:45
| A A A
Gənc cazmenin konsert proqramında müxtəlif klassik caz nömrələrinə müraciət olunacaq

Oktyabrın 31-də Azərbaycanın tanınmış cazmeni, pianoçu Emil Əfrasiyab və kvarteti Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində möhtəşəm konsert proqramı ilə çıxış edəcək. Filarmoniyadan bildirilib ki, konsert ölkəmizdə keçirilən Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşacaq. Gənc cazmenin baş tutacaq konsert proqramında müxtəlif klassik caz nömrələrinə müraciət olunacaq.


Qeyd edək ki, 1982-ci ildə Bakıda anadan olan cazmen, Azərbaycanın yeni nəsildən olan aparıcı caz ifaçılarındandır. O, cazı Azərbaycan muğamı ilə sintez etmək üzrə ixtisaslaşır. Musiqinin bu iki növü improvizasiya üçün geniş imkanlara malikdir və insanın özünü ifadə etməsi üçün böyük üfüqlər açır. Onun əsərlərində intonasiyadakı təzadlar, daha çox klassik musiqidə rast gəlinən harmoniya və ritmlər özünü göstərir.


Sizin Reklam Yeriniz