Əlaqə Arxiv
news Image
2016.02.08
22:01
| A A A
“Mahmud və Məryəm” romanı Türkiyədə yenidən nəşr olunub

Bu günlərdə Xalq Yazıçısı Elçinin məşhur "Mahmud və Məryəm" romanı Türkiyənin ən nüfuzlu nəşriyyatlarından olan "Ötüken" tərəfindən yenidən çap olunub. Movqe.az AZƏRTAC0-a istinadən xəbər verir ki, romanı türk dilinə görkəmli türk ədəbiyyatşünası, professor Əli Duymaz uyğunlaşdırıb və kitaba Elçinin yaradıcılığı haqqında geniş "Ön söz" yazılıb."Mahmud və Məryəm" romanı Türkiyədə müxtəlif nəşriyyatlar tərəfindən dəfələrlə nəşr edilib, səhnələşdirilib. Roman əsasında qardaş respublika ilə Azərbaycanın ilk müştərək filmi çəkilib və bir çox ölkələrdə müvəffəqiyyətlə nümayiş olunub. Filmlə bərabər, üç seriyalı televiziya filmi də hazırlanıb.Qeyd edək ki, "Mahmud və Məryəm" Xalq Yazıçısı Elçinin Türkiyədə nəşr olunmuş sayca iyirmi beşinci kitabıdır.

Sizin Reklam Yeriniz