Əlaqə Arxiv
news Image
2016.02.17
09:20
| A A A
Parisdə Azərbaycan yəhudiləri haqqında “Qubanın 12 daşı” adlı kitab nəşr edilib

Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) icra bürosunun və Azərbaycanın Dostları Assosiasiyası inzibati şurasının üzvü Jan-Pyer Allalinin "Qubanın 12 daşı" adlı kitabı nəşr edilib. Azərbaycana ilk gəlişindən ölkəmizə heyran olduğunu bildirən CRIF-in sabiq sədr müavini "Qubanın 12 daşı" əsərində ölkəmizdə hökm sürən tolerantlıq mühitindən, Quba və Oğuz rayonlarında yaşayan dağ yəhudilərindən söhbət açır.Əsərdə hadisələr Quba rayonunda sinaqoqun yaxınlığında arxeoloji qazıntı zamanı aşkar olunan 12 daş sütunun üzərində həkk olunan qədim yazılar ətrafında cərəyan edir.Kitabın təqdimatı və ona həsr edilmiş konfrans-debatlar fevral və mart aylarında Parisdə təşkil olunacaq.Bakıda, eləcə də Quba və Oğuz rayonlarında yaşayan yəhudi icmasının gündəlik həyatını əks etdirən "Şalom, Baku" sənədli filminin məsləhətçisi Jan-Pyer Allali 30-a qədər kitabın müəllifidir.

Sizin Reklam Yeriniz